Bütün xəbərlər
AMEA Naxçıvan Bölməsində “Qarabağ Azərbaycandır!” adlı virtual sərgi açılıb
Tarix: 27-10-2020 21:03 | Bölmə: Mədəniyyət


AMEA-nın Naxçıvan Bölməsinin Elmi Kitabxanasında “Qarabağ Azərbaycandır!” adlı sərgi açılıb.
Sabaha-inamla.az-a AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən verilən məlumata görə sərgidə ”Qarabağ düyünü”, “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri”, “Azərbaycanın Qarabağ bölgəsinin tarixi”, ”Azərbaycan Respublikasının xarici siyasətində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi”, “Qondarma erməni soyqırımı və tarixi həqiqətlər”, “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq müstəvisində”, “Qarabağnamələr”, “Dağlıq Qarabağın tarixindən sənədlər”, “Qarabağ dosyası” və digər bu qəbildən olan kitabların elektron versiyaları yer alıb.
Virtual ziyarətçilər sərgi ilə buradan https://docs.google.com/presentation/d/1SZ3v0KTFVnJnd6h1UkwBYfNJt-bV6xLzvnsA6j12n2M/mobilepresent?slide=id.g9d4e33b55c_0_175 tanış ola bilərlər.
Qeyd edək ki, Naxçıvan Bölməsinin kollektivi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu gün cəbhədə tarix yazan Azərbaycan Ordusunun əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağ uğrunda döyüşlərdə əldə etdikləri böyük uğurlara sevinir. Rəşadətli Milli Ordumuzun qısa zamanda ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyinə inanır.
Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!



Baxış sayı: 746


Bölməyə aid digər xəbərlər