Bütün xəbərlər
İcazəsiz hərbi forma geyinmək qanunla qadağandır - Hərbi ekspert
Tarix: 27-10-2020 01:58 | Bölmə: Mədəniyyət

İcazəsiz hərbi forma geyinmək qanunla qadağandır - Hərbi ekspert


Son vaxtlar Azərbaycanda hərbi vəziyyətlə bağlı bəzi şəxslər hərbi formalar geyinməyə başlayıb. Hətta hərbiyə aidiyyəti olmayan bəzi incəsənət nümayəndələri hərbi rütbəli formalar geyinməklə şəkil və videolar paylaşır, cəbhə bölgəsinə yollanırlar.
Hərbi ekspert Ruslan İmanquliyev Trend-ə açıqlamasında bildirib ki, həmin şəxslərin hərbi forma geyinməsi qanunla qadağandır: "Hərbi formanı hazırda xidmətdə olan və ehtiyatda olan hərbçilər geyinə və hərbi rütbəni daşıya bilərlər. Çünki həmin şəxsin hərbi biletində uniforma daşıya bilməsi ilə bağlı qeyd bölümündə bu göstərilib. Bunu istənilən şəxs geyinə bilməz. İcazəsi olmayan şəxsin hərbi forma geyinməsi, hərbi rütbə daşıması cinayətdir".
Ekspert bildirib ki, bütün növ hərbi formaların daşıma icazəsi xidmət etdikləri və ya təxris olduqları müvafiq qurumların icazəsi əsasında tənzimlənir. Hərbi qulluqçular öz aidiyyəti qurumlarından tərxis olunduqda hərbi biletlərində müvafiq qeydlər bölməsində qeyd edilir ki, uniforma daşıya bilər və ya bilməz. Hər bir qurum öz səlahiyyətli olduğu ərazidə bu əsası yoxlamaqla yanaşı, ümumilikdə isə ölkə ərazisində uniforma daşıdıqda buna icazə olub- olmamasına nəzarət Daxili İşlər Nazirliyinin səlahiyyətindədir.






Baxış sayı: 544


Bölməyə aid digər xəbərlər