00:17 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
00:13 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
00:08 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
00:01 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
23:55 / 17-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
23:50 / 17-09-2026
Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib
23:46 / 17-09-2026
Təyyarə qəzaya uğrayıb
17:58 / 17-09-2026
Şoyqu: "Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyəcək"
17:55 / 17-09-2026
Ermənistanın Baş naziri Nikol Paşinyan rus dilini öyrəndiyini açıqladı
17:52 / 17-09-2026
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17:49 / 17-09-2026
Motorlu gəminin kapitanı və iki dənizçisi itkin düşüb
17:45 / 17-09-2026
Bir ana 18 aylıq qızını bıçaqlayaraq öldürüb
17:43 / 17-09-2026
Boris Nemtsovun qızı beynəlxalq axtarışa verilib
17:39 / 17-09-2026
Baş verən yanğın zamanı bir qız pəncərədən asılıb, lakin yıxılaraq ölüb
17:36 / 17-09-2026
Uşaq bağçasında üç yaşlı oğlanı gənə dişləyib
17:31 / 17-09-2026
Yeddi yaşlı skuter sürücüsü zibil maşını tərəfindən vurulub
17:27 / 17-09-2026
İtaliyanın təhsil naziri təhdid məktubu və bir güllə aldı
17:23 / 17-09-2026
Putin cümə günü "MS-21-310" təyyarə müqaviləsinin imzalanması mərasimində iştirak edəcək
17:19 / 17-09-2026
Çin Xarici İşlər Nazirliyi: Çin digər ölkələrlə ticarətinə müdaxiləyə dözmür
17:15 / 17-09-2026
Kosovoda AB Missiyası binası yandırıldı
17:11 / 17-09-2026
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17:08 / 17-09-2026
Düşənbə Beynəlxalq Cinayət Məhkəməsindəki iştirakını nəzərdən keçirir: Tacikistan parlamenti çıxmağı müzakirə edir
17:06 / 17-09-2026
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
17:02 / 17-09-2026
Lavrov Merzin Almaniyanı hara apardığını anladığına şübhə ilə yanaşıb
16:57 / 17-09-2026
Ermənistan Rusiya ilə münasibətlərdəki problemləri etiraf edir
16:53 / 17-09-2026
Paşinyan kədərli bir video paylaşdı
16:48 / 17-09-2026
Ayının giləmeyvə yığanları öldürməsi işini araşdırır
16:25 / 17-09-2026
Azərbaycanın dini və mədəni irsə münasibəti təqdir olunur-Könül Nurullayeva
23:44 / 16-09-2026
ABŞ İsveçrə vətəndaşına və bir türk şirkətinə qarşı Rusiya əleyhinə sanksiyaları ləğv etdi
21:19 / 16-09-2026
Almaniya Rusiyadan gələn təyyarənin Rusiya diplomatlarını götürmək üçün gəldiyini təsdiqlədi
21:16 / 16-09-2026
Makron Fransanın yanacaq təchizatını təmin etmək üçün daha sərt tədbirlərə çağırır
21:10 / 16-09-2026
Görünən ayının "ördək" olduğu ortaya çıxdı
21:06 / 16-09-2026
BMT Baş katibi Ukraynada dərhal atəşkəs elan etməyə çağırdı
21:03 / 16-09-2026
Paşinyan Rusiya bazasının çıxarılması məsələsini Putinlə heç vaxt müzakirə etmədiyini bildirib
20:57 / 16-09-2026
Karlson Ukraynadakı münaqişənin tezliklə bitməsi üçün dua etdiyini bildirib
20:54 / 16-09-2026
Karlson Trampın amerikalılara 5000 dollar ödəmək vədi ilə bağlı: "Bu, alçaldıcıdır"
20:48 / 16-09-2026
Bir kişi avtomobil paylaşma botu vasitəsilə 514.000 rubl dəyərində benzin oğurlamaqda təqsirli bilinib
20:31 / 16-09-2026
İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
20:18 / 16-09-2026
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
20:04 / 16-09-2026
Çin nüvə reaktoru və dəmir topu olan bir tank üçün dizayn hazırlayıb
Vidadi Muradov: Qarabağ da, Qarabağ xalçası da Azərbaycanındır
Tarix: 06-10-2020 18:30 | Bölmə: Mədəniyyət
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Bundan sonra Azərbaycan Silahlı Qüvvələri əks hücum əməliyyatına başlayıb. Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun apardığı uğurlu hərbi əməliyyatlar nəticəsində uzun illərdir, işğal altında olan bir sıra ərazilərimiz düşmən tapdağından azad edilib. Həmin ərazilərdə indi Azərbaycan bayrağı dalğalanır. Azərbaycan Ordusu qarşısında aciz qalan Ermənistan xaincəsinə mülki əhalimizi, mülki infrastruktur obyektlərimizi atəşə tutur. Düşmənin Tərtəri artilleriya atəşinə tutması nətcəsində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin bu şəhərdəki xalça istehsalı emalatxanasına da ciddi ziyan dəyib. Həmin emalatxanada çalışan 78 nəfərdən 71-i qadınlardır. Ermənilərin məhz xalça emalatxanasına atəş açması bir daha onu göstərir ki, bu terrorçu dövlət Azərbaycanın mülki əhalisini, xüsusən də qadınları hədəf alır.
Baxış sayı: 657
Bölməyə aid digər xəbərlər
Tarix: 06-10-2020 18:30 | Bölmə: Mədəniyyət
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Bundan sonra Azərbaycan Silahlı Qüvvələri əks hücum əməliyyatına başlayıb. Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun apardığı uğurlu hərbi əməliyyatlar nəticəsində uzun illərdir, işğal altında olan bir sıra ərazilərimiz düşmən tapdağından azad edilib. Həmin ərazilərdə indi Azərbaycan bayrağı dalğalanır. Azərbaycan Ordusu qarşısında aciz qalan Ermənistan xaincəsinə mülki əhalimizi, mülki infrastruktur obyektlərimizi atəşə tutur. Düşmənin Tərtəri artilleriya atəşinə tutması nətcəsində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin bu şəhərdəki xalça istehsalı emalatxanasına da ciddi ziyan dəyib. Həmin emalatxanada çalışan 78 nəfərdən 71-i qadınlardır. Ermənilərin məhz xalça emalatxanasına atəş açması bir daha onu göstərir ki, bu terrorçu dövlət Azərbaycanın mülki əhalisini, xüsusən də qadınları hədəf alır.
Bunu kütləvi informasiya vasitələrinə açıqlamasında “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri professor Vidadi Muradov deyib.
İdarə Heyətinin sədri bildirib ki, “Azərxalça”nın Tərtər filialında çalışanların əksəriyyəti məcburi köçkünlərdir və onlar Qarabağ xalçaları toxuyurlar. Uzun illərdir, Qarabağ kimi Qarabağ xalçalarına da iddia edən ermənilərin bu emalatxananı hədəf alması təsadüfi deyil.
Vidadi Muradov deyib: “Erməni vandalarının əksəriyyətini dağıtdığı abidələr, qədim yazılı mənbələr və digər təkzibolunmaz faktlar sübut edir ki, Qarabağ tarixi Azərbaycan torpağıdır. Əsrlərdir ki, burada toxunan xalçalar, bu xalçalarda öz əksini tapan naxışlar da göstərir ki, Qarabağ Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biridir. Qarabağda mövcud olan çoxsaylı sənət sahələri içərisində aparıcı yeri xalçaçılıq tutub. Burada toxunan hər bir xalça qarabağlı sənətkarların zəngin təxəyyülünün və istedadının bariz nümunəsidir. Azərbaycan xalçalarının Qarabağ qrupuna aid çoxsaylı orijinal xalça çeşnisində əsrlər boyu formalaşmış ənənələr öz əksini tapıb. Azərbaycanın digər xalça qruplarında olduğu kimi, Qarabağ xalçalarında da qədim türk damğaları vardır. Elə bir Qarabağ xalçası yoxdur ki, onda türk damğası olmasın”.
Vidadi Muradov bildirib ki, Azərbaycan xalçaçısı Azərbaycan xalçasını öz təfəkkürü, dünyagörüşü, mifologiyası ilə bağlı olan naxışlarla, ornamentlərlə toxuyub. Böyüklü-kiçikli bütün elementləri türklükdən qaynaqlanan, türk boylarının rəmzlərindən, işarələrindən ibarət olan Azərbaycan xalçasına ermənilərin qarşı iddiası cəfəngiyyatdan başqa bir şey deyildir. Zənnimcə, dünyamız qarşılıqlı elmi, mədəni, siyasi, iqtisadi mübadilə üzərində köklənibsə, ermənilər də tarixən bu mübadilədən "kifayət qədər" yararlandıqlarını, xalça toxumağı (və yalnız toxumağı!) Azərbayan türklərindən öyrəndiklərini artıq etiraf etməli, yersiz hədə-qorxulara, xalçalarımız üzərində əsassız "erməni xaçı", uydurma “Artsax” dövlətinin sərhədləri və bu kimi erməni simvolizmləri axtarışlarına son qoymalıdırlar.
İdarə Heyətinin sədri söyləyib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı qədim abidələrimiz, muzeylərimiz dağıdılıb, xalqımıza məxsus milli sərvətlər, o cümlədən xalçalar qarət edilib. Məcburi köçkünlər öz dədə-baba torpaqlarından didərgin salınarkən onlar qədim xalçalarını həmin ərazidən çıxara bilməyiblər. Talan edilmiş xalçalarımız sonra saxtalaşdırılaraq düşmən ölkənin sənət abidəsi kimi dünya ictimaiyyətinə təqdim olunub. Ermənilərin dünyada təqdim etdikləri, Ermənistan ərazisindəki muzeylərdə nümayiş etdirdikləri xalçaların hamısı Azərbaycan xalçalarıdır. O xalçaların çeşnilərinə baxanda görünür ki, onlar Qarabağda azərbaycanlılar tərəfindən toxunub. Azərbaycan dövlətinin xalçaçılıqla bağlı son illər həyata keçirdiyi tədbirlər ermənilərin bu saxtakarlığının da qarşısını alıb. İndi bütün dünya bilir ki, Qarabağ Azərbaycan torpağı olduğu kimi, burada toxunan xalçalar da xalqımıza məxsus qədim sənət nümunələridir.
"Azərxalça"nın ilk filialının məhz Qarabağda – Füzuli rayonununda yaradılmasının heç də təsadüfi olmadığını bildirən Vidadi Muradov əlavə edib ki, bu, dövlətimizin xalçaçılığa həm də güclü ideoloji faktor kimi münasibətinin nəticəsidir: “Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Füzulinin Horadiz şəhərində, Ağdamın Quzanlı qəsəbəsində, Cəbrayıldan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə xalça fabriklərinin yaradılması, bu emalatxanalarda Qarabağ xalçalarının yaşadılması tarixi torpaqlarımıza qayıdışın anonsu, növbəti mərhələsi idi. İşğal faktına tezliklə son qoyulduqdan sonra tarixi xalçaçılıq mərkəzi olan Qarabağda belə fabriklərin yaradılması davam etdiriləcəkdir. “Azərxalça”nın növbəti filialları Şuşada, Xankəndində, Xocavənddə, Laçında, Kəlbəcərdə açılacaqdır. Qarabağın tarixi xalçaçılıq məntəqlərindən biri də Xocalıdır. Xocalının Meşəli, Cəmilli, Kosalar, Başkənd, Yaloba, Cavadlar, Canhəsən yaşayış məntəqələrində orijinal Qarabağ xalçaları toxunub. Erməni vandalları Xocalıda 20-ci əsrin ən dəhşətli soyqırımını törədib, bu qədim şəhəri tamamilə dağıdıblar. Ermənilərin Xocalıya təcavüzü zamanı qədim tariximizdən xəbər verən xalçalarımız da məhv edilib. Dövlət başçısının müvafiq Sərəncamı ilə Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində “Azərxalça”nın Xocalı filialı yaradılmalıdır. Ali Baş Komandanımızın iradəsi, xaqımızın birliyi, Ordumuzun əzmi sayəsində tezliklə Xocalı da işğaldan azad ediləcəkdir. Biz gələcəkdə “Azərxalça”nın Xocalı filialını məhz Xocalı şəhərinin özündə yaradacağıq. Biləsuvar rayonu ərazisində yaradılan Cəbrayıl filialını da dünən işğaldan azad olunan Cəbrayıl şəhərinə köçürəcəyik. Cəbrayıllı toxucular dədə-baba torpaqlarına qayıdacaqları, rayon mərkəzində xalça emalatxanasının yaradılacağı günü səbirsizliklə gözləyirlər. Azərbaycan Prezidentinin qayğısı ilə Cəbrayıl şəhəri və rayonun digər yaşayış məntəqələri tezliklə bərpa ediləcək, orada tikiləcək ilk obyektlərdən biri də xalça fabriki olacaqdır”.
İdarə Heyətinin sədri vaxtilə Ağdam şəhərində fəaliyyət göstərən xalça fabrikində çalışan, bu gün “Azərxalça”nın Quzanlı qəsəbəsindəki filialının toxucularının sözlərini, cəmiyyətimizə ismarıcını ictimaiyyətin diqqətinə çatdırıb: “Silahlı Qüvvələrimizin apardığı uğurlu əks hücum əməliyyatı işğaldakı bütün torpaqlarımızın, o cümlədən Ağdam şəhərinin tezliklə işğaldan azad ediləcəyinə qəti inam yaradıb. Mənfur düşmən dinc əhalini, bizim yaşadığımız Quzanlı qəsəbəsini atəşə tutsa da bizi heç vaxt qorxuda bilməzlər. Biz Ali Baş Komandanımıza və müzəffər ordumuza güvənirik. Bizim ən böyük arzumuz öz doğma torpaqlarımıza qayıtmaqdır. Əminik ki, çox keçmədən Ağdam şəhərində də müasir xalça fabriki yaradılacaq, biz bu müəssisəni Quzanlı sakinlərinə verərək, gedib Ağdamda işləyəcəyik”.
Vidadi Muradov Azərbaycan xalçaçılarının ən böyük arzularından birini dilə gətirib: “Azərbaycan xalçaçılarının ən böyük arzularından biri də tarixi şəhərimiz olan Şuşada Qarabağ xalçalarının sərgisinin və beynəlxalq xalça festivalının keçirilməsidir. İnanırıq ki, yaxın gələcəkdə biz bunu reallaşdıracağıq. Əminik ki, tezliklə ərazi bütövlüyümüz bərpa olunacaqdır. Bizə bu sevinci və qüruru yaşadan Ali Baş Komandanımıza minnətdarıq. Cənab İlham Əliyev Azərbaycan tarixinin ən şərəfli səhifələrindən birini yazır. O, bir neçə əsrlik tarixi gedişi dəyişdirir, tarixi ədaləti bərpa edir, xalqımızın ən böyük arzusunu reallaşdırır. İlham Əliyev kimi Ali Baş Komandanı olan Ordu yenilməz, İlham Əliyev kimi Lideri, Prezidenti olan xalq, dövlət məğlubedilməzdir. Dövlət başçısının oktyabrın 4-də Azərbaycan xalqına müraciətində qeyd olunduğu kimi, biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır”.
Baxış sayı: 657
Bölməyə aid digər xəbərlər
16-09-2026, 19:18
Çoxlu dəvətnamə: Stiven Siqal Dağıstana səfər etməyi planlaşdırır
15-09-2026, 17:49
Rusiyada Kanye West konsertinin təşkilatçısına qarşı iddia qaldırılıb
15-09-2026, 17:43
"Dolina" qrupunun direktoru Sankt-Peterburqdakı konsertin ləğv edilməsinin səbəbini açıqladı
13-09-2026, 16:45
Selin Dionun altı ildən sonra ilk konserti Fransada baş tutdu
7-09-2026, 20:28
İlham Rəhimov nəvəsi Kəmalənin sərgisində - Video - Fotolar
3-09-2026, 17:44
Puşkinin abidəsinin yerində Şekspir büstü qoyulub
2-09-2026, 19:05
Enrike İqlesiasın Astanadakı konserti üçün 34.500 bilet qalıb
1-09-2026, 20:02
Angelina Jolie Poltavaya gəldi
1-09-2026, 12:29
SHOT: Müğənni Dolina 250 milyon rubla yeni lüks mənzil alıb
31-08-2026, 16:46
Pavel Artemyev onun "Korni" qrupuna qayıtmasını niyə gözləməməli olduğumuzu izah etdi
31-08-2026, 16:22
Müğənni Nikol Şerzinger Bişkekdə keçiriləcək Dünya Köçəri Oyunlarının açılış mərasimində çıxış edəcək
30-08-2026, 17:53
Aktrisa Angelina Jolie yenidən Ukraynaya səfər etdi
26-08-2026, 19:07
"Tatu"nun konserti ləğv edilib
26-08-2026, 17:14
Larisa Dolinanın işi Moskvada rekord itkiyə çevrilib
25-08-2026, 19:45
Kanye West-in konsert təşkilatçıları şounu yenidən planlaşdırmırlar
23-08-2026, 20:20
11 yaşlı qızı aktrisanın bütün əmlakını alacaq
23-08-2026, 20:08
Media: Ciqan İsraildə elit reabilitasiya mərkəzində jakuzi ilə reabilitasiya keçir
20-08-2026, 20:16
Alla Puqaçova İstra Su Anbarındakı əmlakının yaxınlığında torpaq mülkiyyətini itirir
17-08-2026, 22:32
Kanye West Vladimir Putinlə görüşməyi xəyal edir
6-08-2026, 20:00
Polşada naməlum şəxslər Ukrayna abidəsinə zərər vurublar
3-08-2026, 18:27
At peyinindən hazırlanmış Trampın portreti Kanada yarmarkasında 1800 dollara satılıb
3-08-2026, 18:19
Polşalılar ukraynalıları musiqiyə görə döyüblər
27-07-2026, 16:17
İtkin düşmüş sənətkarın cəsədi tapılıb
23-07-2026, 22:37
"Mirage" qrupunun keçmiş solisti qrupun təsisçisinə qarşı 8 milyon rubldan çox təzminat iddiası qaldırıb
22-07-2026, 13:22
Aktrisa Ornella Muti və qızı Rusiya vətəndaşlığı almağı planlaşdırır
22-07-2026, 13:18
Vısotskinin mahnısı Böyük Britaniyada radioda səsləndirilib
20-07-2026, 18:27
Kənd tualetinə bənzəyən İrina Farionun abidəsi açılıb
14-07-2026, 10:27
"Voronin" ulduzunun qardaşı ABŞ-da ömürlük həbs cəzası ilə üzləşib
11-07-2026, 16:45
İlham Əliyev Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib
7-07-2026, 20:52
"Sınıq işıqların küçələri" serialının aktyoru vəfat edib
7-07-2026, 17:51
Gənc xanəndənin atası qəzada öldü
1-07-2026, 18:29
Aktyorun cəsədi tapılıb
25-06-2026, 22:02
Həmkarına bıçaqla hücum edən aktrisa həbsdən azad edilib
21-06-2026, 19:56
90-cı və 2000-ci illərin hitləri haqqında serial "Pilot" festivalında baş mükafat qazandı
15-06-2026, 13:28
"Kapitan qızı" serialının aktyor heyətinə qoşulub
10-06-2026, 23:46
Prodüser Filip Kirkorovun bir konsert üçün qonorarını açıqladı
10-06-2026, 23:44
Rusiyanın ilk ənənəvi Çin mədəniyyəti muzeyi açılıb














