Bütün xəbərlər
Sumqayıtlı aktyor yeni serialda
Tarix: 27-09-2020 02:04 | Bölmə: Mədəniyyət
Ailə-məişət mövzusundan bəhs edən "Anlaşma" serialı bu yaxınlarda İctimai TV-də nümayiş etdiriləcək.
Baş rolun ifaçısı sumqayıtlı aktyor, əməkdar artist Nazir Rüstəmov Sabaha-inamla.az-a oynadığı rol barədə belə deyib: "Bu serialda iş adamı rolunu oynayıram. Dostumun oğlu mənim oğlumu bıçaqla qətlə yetirir...Bu mənim ampulama uyğun rollardan biridir. Bir sıra belə rollar oynamışam. həmişə çalışıram ki, bir az müxtəliflik olsun. Çalışacam ki, bu rol o biri rollardan fərqlənsin".
N.Rüstəmov serialda həyat yoldaşını oynayan aktrisanın da adını açıqlayıb: "Mənim həyat yoldaşımı xalq artisti Gülyanaq Məmmədova oynayır. O, çox maraqlı aktrisadır. Səndemə Gülyanaq xanım kino-dram aktyorluq fakültəsini qurtarıbdı. Baxmayaraq müğənnidi, xalq artistidi. Xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artist Münəvvər Əliyeva və mən bu serialda baş rollarda çəkilmişik".
Qeyd edək ki, filmin senaristi Orxan Rzayev, filimin quruluşcu rejissoru  Mirvüqar Nəsirov və quruluşçu operatoru Savalan Həmidlidir. 

N.MƏMMƏDLİ
Sabaha-inamla.az



Baxış sayı: 367


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya