Bütün xəbərlər
"Əməliyyat olundum, yaxşıyam" - Nisə Qasımova danışdı
Tarix: 25-09-2020 02:26 | Bölmə: Mədəniyyət
"Əməliyyat olundum, yaxşıyam" -  Nisə Qasımova danışdı

Bir müddət əvvəl səhhətindəki problemlə gündəmə gələn Xalq artisti Nisə Qasımova səhhətindən danışıb.
Axşam.az xəbər verir ki, əməliyyat olunduğunu deyən müğənni artıq özünü yaxşı hiss etdiyini bildirib.
"Uzun müddətdir heç yerdə görünmürdüm. Bu gündən yenidən varam. Eşitdiyiniz məlumatla bağlı deyim ki, bəli, əməliyyat olundum. Kiçik bir əməliyyat idi. Ağrılarımı gündəmə gətirməyi heç vaxt istəməmişəm. Hər bir insanın başına hər xəstəlik gələ bilər. Düzdür, məndə qorxulu nəsə yox idi. Nisə sevərlər məni gözləyir, gözləməyə dəyər. Yeni mahnılar üzərində çalışmağa başlamışam" deyə, Qasımova söyləyib.
Qeyd edək ki, mediapost.az saytı N.Qasımovanın xərçəngdən əziyyət çəkdiyini yazmışdı.  

             



Baxış sayı: 419


Bölməyə aid digər xəbərlər