Bütün xəbərlər
“Fanatı Niyaməddin Musayevi Gəncədə bıçaqlamışdı”
Tarix: 21-09-2020 11:28 | Bölmə: Mədəniyyət

                   “Fanatı Niyaməddin Musayevi Gəncədə bıçaqlamışdı”


“Heydər Əliyev Sarayında çox qadağalar olub. Deyirdilər ki, ətəyi aşağı salıb səhnəyə çıx, düz dayan! Mənim ilk qadağa pozmağım “Yurmula” festivalında oldu. Mikrofonu qoyub arxadan çıxmalı idim, amma səhnədən yerə tullandım”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova “MTV özəl” proqramına qonaq olarkən deyib.
Məşhur müğənni verilişdə bildirib ki, səhnədə çox qadağalarla üzləşib: “Solo konsertdən 1 manat pul qazanan yeganə müğənniyəm. Gəncədə böyük bir konsert keçirmişdik. O zamanlar cəsarətli bir müğənninin şoularına öyrəşməmişdilər. 90-cı illərdə Gəncədə qadın müğənninin səhnədən düşüb tamaşaçıların yanına getməsi riskli idi.
Cavanşir Quliyev (bəstəkar -red.) xəbərdarlıq edirdi ki, səhnədən enmə! Amma məndən asılı olmurdu. Hətta Xalq artisti Niyaməddin Musayevin fanatı Gəncədə onu bıçaqlamışdı. Bu səbəbdən hər kəsdə bir qorxu var idi. Cavanşir Quliyev bunu bilirdi və deyirdi ki, Gəncə tamaşaçısı ciddidir, birdən zarafatlarımı başa düşməz”.



Baxış sayı: 639


Bölməyə aid digər xəbərlər