Bütün xəbərlər
“3-5 manat qazanmaq üçün salon açdım, 20 gün işlədi”
Tarix: 18-09-2020 12:41 | Bölmə: Mədəniyyət

                   “3-5 manat qazanmaq üçün salon açdım, 20 gün işlədi”


“Uğurlarım çox olub. Sonda da gözəllik salonu açdım. Koronavirus imkan vermədi”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva “Üçümüz” proqramına qonaq olarkən deyib. Sənətçi gözəllik mərkəzi açdığını, lakin pandemiya dövründə bağlandığını qeyd edib:
“Varımı-yoxumu qoyub salon açdım, o da 20 gün sonra bağlandı. İstəyirdim ki, 3-5 manat qazanım, alınmadı. 2020-ci ili həyatımın illərinə yazmıram”.
Bundan əlavə, ifaçı uzun illərdir musiqi kollecində pedaqoq kimi çalışdığını açıqlayıb: “Hazırda Sumqayıtda musiqi kollecində müəllim kimi çalışıram. Həftədə iki dəfə gedib dərsimi keçirəm. Məktəbi bitirəndən orada çalışıram”.



Baxış sayı: 460


Bölməyə aid digər xəbərlər