Bütün xəbərlər
“Mənə təkcə sənətim vəfalı çıxdı”
Tarix: 17-09-2020 11:31 | Bölmə: Mədəniyyət

                  “Mənə təkcə sənətim vəfalı çıxdı”


“Qeyri-adi bir əsər hazırlamışam. İlk hissəsi hazırdır. Əsərin ikinci, üçüncü hissəsi də olacaq. Ev şəraitində onu tamamlamaq alınmır. Ona görə də studiya qurmaq istəyirəm”.
“Qafqazinfo”  xəbər verir ki, bu sözləri Əməkdar artist Aygün Bəylər “Bağ mövsümü” proqramında söyləyib. Məşhur müğənni verilişdə ailəsindən çox sənətinə dəyər verdiyini qeyd edib.
“Xalq deyir ki, biz sizi sənətkar edirik, siz də bu adı qoruyun. Sənətimi atamdan, anamdan çox sevmişəm. Mənə təkcə sənətim vəfalı çıxdı. Yəqin mən ona qarşı vəfalı oldum, o da eynən. Ayağım büdrəsə də, yıxılsam da... Məni böyük sənətkarlar dəstəkləyib, arxa dururdular. Papağım var idi, yəqin ona görə bilirdilər ki, bu sevgini mənə etibar etmək olar”,- deyə sənətçi bildirib.



Baxış sayı: 413


Bölməyə aid digər xəbərlər