14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Bütün xəbərlər
Gülay Kamillə ayrılması haqda: "Alnımıza yazılan qismətdir"
Tarix: 05-09-2020 02:10 | Bölmə: Mədəniyyət
Gülay Kamillə ayrılması haqda:  "Alnımıza yazılan qismətdir"


Müğənni Gülay Zeynallı idmançı həyat yoldaşı Kamil Zeynallı ilə boşanma xəbərlərindən bəhs edib.Axşam.az xəbər verir ki, "10-da görüşək" proqramında sənətçiyə mediada haqqında yazılanlar soruşulub. Gülay ayrılığını üstüörtülü təsdiqləyib:
"Özümü şou-biznesdə yox, incəsənətdə görürəm. Birini hər kəs sevə bilməz. Hər kəs reytinq istəyir. Bu jurnalistlərin işidir. Hər şeyin həddi var. Haqqımda yazılmalıdır, tanınmışam. Nəyisə yazanda, düşünülməlidir ki, tək deyil, ailəsi var. Yaşadıqlarımız istəyib-istəmədiklərimizdən deyil, alnımıza yazılan qismətdir.
Gedirəm ayağım büdrəyir. Deyirəm ki, şükür, yaşamalıyam. Yazılanda pis oluram, günlərlə İnstaqrama girmirəm. Özümə görə yox, artıq bərkimişəm. Amma elə şeylər yazılır ki, ailəm pis olur".



Baxış sayı: 829


Bölməyə aid digər xəbərlər