Bütün xəbərlər
Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni binanın inşasına başlanılıb
Tarix: 20-08-2020 17:08 | Bölmə: Mədəniyyət

Şahbuz şəhərinin Heydər Əliyev prospektində Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni binanın tikintisinə başlanılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tikinti işləri Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şahbuz rayon idarəsi tərəfindən aparılır. İki mərtəbədən ibarət olacaq binada geniş sərgi salonu ilə yanaşı, fond, bələdçilər, direktor, texniki işçilər, bərpaçı rəssam və əlavə iş otaqları, qazanxana və elektrik otağı və foye nəzərdə tutulub. Binanın həyəti abadlaşdırılacaq, müasir işıqlandırma sistemi qurulacaq.
Hazırda binanın təməlində beton işləri görülür. Ümumilikdə, 591 kvadratmetr sahəni əhatə edəcək yeni muzey binasında ziyarətçilərə tariximizin təbliği üçün geniş şərait yaradılacaq.



Baxış sayı: 543


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya