14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
"Oğlumun o nənəsinə ehtiyacı yoxdur" - Səidə anası ilə barışmır
Tarix: 14-08-2020 03:30 | Bölmə: Mədəniyyət
"Oğlumun o nənəsinə ehtiyacı yoxdur" -  Səidə anası ilə barışmır

"İstəmirəm artıq qalmaqallı danışıb, kefimi pozum. Xoşbəxt övlad və sənətçiyəm. Hər gün atamla içimdə danışıram. Başqalarının nə dediyi əhəmiyyətsizdir. Mənim üçün anlamlı olanların fikrini dinləyirəm. Mənə atamın, qardaşımın və həyat yoldaşımın fikirləri maraqlıdır. Ata ocağından artıq çıxmış övladam. Yoldaşım hər zaman yanımdadır. Oğlumla məşğulam. Atam məni belə görmək istəyirdi".Axşam.az xəbər verir ki, bu sözləri müğənni Səidə Dadaşova "7 Canlı" proqramında deyib. Sənətçi bir müddət əvvəl anası haqda dediyi qalmaqallı fikirlərlə bağlı danışmaq istəməyib.
Atası, mərhum Xalq artisti Rafael Dadaşovdan danışan Səidə aktyorun şeirlərini nəşr etdirmək istədiyini bildirib. O, bunun üçün maddi yardıma ehtiyacı olduğunu gizlətməyib:
"Kömək edən olsa, atamın şeirlərini çap etdirmək istəyərdim. Yaxşı insanlar yəqin məni eşidər. Atamın əlyazmalarını, şeirlərini toplayıb kitab çıxarmaq istəyirəm. Mənə dəstək olsunlar. Yaxşı insanlar az deyil. Ən önəmlisi isə atamın arxasında sevgi var idi. Onu sevirdilər. Atamın şeirlərini yaşadacam".
Anası Sədaqət Dadaşova haqda sözlərə isə Dadaşova "Özüm bir anayam. Nisbitir, belə də... Oturub evində. Mənim artıq öz ailəm var, evimdə oturmuşam. Övladım, sənətimlə məşğulam. Onun ən balaca nəvəsi mənim oğlum Rafaeldir. Amma Rafaelə baxmasına ehtiyacım yoxdur. Baldızım baxır. Onu o qədər sevgi ilə əhatə ediblər ki... Gərək yoxdur o nənəsinə. Baldızım, qayınanam oğluma baxsa, daha yaxşıdır" sözlərini deyib.




Baxış sayı: 629


Bölməyə aid digər xəbərlər