Bazar ertəsi, 12 may 2025, 07:31:15  
Son xəbərlər:
-
Bütün xəbərlər
Mədəniyyət nazirinə müşavir təyin edildi
Tarix: 12-08-2020 14:26 | Bölmə: Mədəniyyət

                    Mədəniyyət nazirinə müşavir təyin edildi


Mədəniyyət Nazirliyində yeni təyinat olub.
Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimovun imzaladığı əmrlə Əliyev Elnur Əli oğlu nazirin müşaviri təyin edilib.
A. Kərimovun digər əmri ilə nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Hümbətov İntiqam Rəsul oğlu öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunub.
Qeyd olunur ki, E.Əliyev son təyinata qədər BƏƏ-də Azərbaycanın Ticarət Nümayəndəsi kimi çalışıb.



Baxış sayı: 802


Bölməyə aid digər xəbərlər
7-04-2025, 15:17 Yeni rəis o oldu - Foto