14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
"Onlar məni hər şeydən uzaqlaşdırdı" - Elnur Məmmədov
Tarix: 10-08-2020 01:46 | Bölmə: Mədəniyyət
"Onlar məni hər şeydən uzaqlaşdırdı" -  Elnur Məmmədov

"Səhnə mənə yadlaşıb. Sənət mənimlədir, onunla məşğulam. Məndən çox iş təqdim edən yoxdur. Ayda iki mahnı, klip təqdim edirəm. Efirdən uzağam".Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elnur Məmmədov "5/5" proqramında deyib. Sənətçi efirlərdən uzaq olmasından söz açıb:
"Kiminsə yerinə danışmaq, düşüncəsini formalaşdırmaq istəmirəm. Hər kəsin öz düşüncəsi var və onun qarşılığında addım atır. Ayrıseçkiliklər məni hər şeydən uzaqlaşdırdı. Bütün kanallar hər zaman çağırır. Çoxları elə bilir ki, dəvət edilmirəm".
Aparıcı Zaur Kamalın "Neçə dəfə zəng edirik deyirsən tək gəlim" sözlərinə Elnur "Ola bilər" deyib və gülərək reaksiya verib.
E.Məmmədov "Son vaxtlar toy, tədbir yoxdu. Necə dolanırsınız" sualına isə belə cavab verib:
"Tədbirə də, toya da gedirəm. Nə biznesim olacaq? Dövlət tədbirlərinə dəvət alırıq və qonorar verilir. İndi də bu var. Hansısa bir layihələr, təkliflər olur, ondan da qonorar alırıq. Məni bu sənətdən bir ölüm, bir də yaş həddi uzaqlaşdırar. İndi də hərdən oxumağı özümə uzaqlaşdırmıram. Məni çox danışdırmayın. Hər kəs hovludur. Nəsə söz, cümlə deyirsən hər kəs özünə götürür".



Baxış sayı: 570


Bölməyə aid digər xəbərlər