14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Manana 5 ay sonra övladları ilə görüşdü - Video
Tarix: 07-08-2020 15:37 | Bölmə: Mədəniyyət

                    Manana 5 ay sonra övladları ilə görüşdü

Əməkdar artist Manana Caparidze 5 ay sonra övladlarının yanına gedib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sənətçi instaqram hesabında görüşdən video paylaşaraq məlumat verib.
“5 aydır görüşmədiyim ailəmlə görüşümüzdən videonu sizinlə bölüşürəm. Bilirəm ki, çoxunuz uşaqlarımla görüşməyimə çox sevinəcəksiniz. Bu aylar ərzində onlar xeyli böyüyüblər. Bütün tanıdığım və tanımadığım, mənə görə narahat olan, mənəvi dəstək verən gözəl insanlara təşəkkür etmək istəyirəm. Arzu edirəm ki, heç bir halda heç kəs öz ailəsi və övladlarıyla ayrılıq yaşamasın, hamı birlikdə salamat və xoşbəxt olsun”, - deyə Manana bildirib.
Qeyd edək ki, M. Caparidze Georgi adlı şəxslə ailəlidir. Cütlüyün bu evlilikdən iki övladı var.
Xatırladaq ki, müğənni bir müddət əvvəl pandemiya ərəfəsində ailəsinin Gürcüstanda olduğunu, onları görə bilmədiyini söyləmişdi.

              



Baxış sayı: 508


Bölməyə aid digər xəbərlər