Bütün xəbərlər
“Artıq toylar başladı” - Rəqsanə
Tarix: 09-07-2020 13:16 | Bölmə: Mədəniyyət

                  “Artıq toylar başladı”


Bir neçə ildir Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılova üç aydan sonra toy məclisində iştirak edib.  
“Qafqazinfo” xəbər verir ki, sənətçi Moskvada karantin rejiminin yumşaldılmasından sonra məclis idarə edib. O, ilk olaraq azərbaycanlı müğənni Fəqan Səfərovun toy mərasiminə qatılıb. 
Müğənni daha sonra instaqramda videolar paylaşaraq “Üç ay əvvəl çox ağır bir dönəmi geridə qoyduq. Xəstəlik oldu, hər yer bağlandı və insanlar çətin anlar yaşadı. İndi biz normal həyata qayıtdıq. Həyatımız olsa da, yaşamağımız çətinləşmişdi. Üç ayı geridə qaldı, artıq toylar başladı”,- deyə bildirib.  


Baxış sayı: 449


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya