14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Mərhum aktyorun xanımı: Ağlıma gəlməzdi ki, mənimlə evlənəcək (VİDEO)
Tarix: 17-06-2020 23:42 | Bölmə: Mədəniyyət


Mərhum Xalq artisti Hacıbaba Bağırovun həyat yoldaşı Arzu və qızı Şölə "ATV səhər"in kamerası qarşısına keçib.
Axşam.az xəbər verir ki, aktyorun xanımı onunla bağlı xatirələrini bölüşüb:
"Tamaşaçılar kimi mənə də dəyərli olub. O vaxtlar səhər tezdən oyanar, onun olduğu verilişə baxırdım. Heç ağlıma gəlməzdi ki, bir gün onunla görüşəcəm və mənə evlilik təklif edəcək. Həyatımızın 7 ili gözəl keçdi. Rollarına baxmayaraq, həyatda çox ciddi idi. Ən böyük xəyalları qızı Şölə ilə bağlı idi".
"Atam dünyasını dəyişəndə yaşım az idi. Onu tam xatırlamıram. Hər zaman anama və dostlarıma deyirəm ki, ən gözəl səs atamın səsidir. Uşaq olanda arzulayırdım ki, aktrisa olum. İndi başa düşürəm ki, çətindir" deyə, Şölə bildirib.

              



Baxış sayı: 606


Bölməyə aid digər xəbərlər