Bütün xəbərlər
Xalq artisti etiraz etdi: “Bilsəydim sizin verilişdir, gəlməzdim”
Tarix: 17-06-2020 01:53 | Bölmə: Mədəniyyət



“Ürəyimi övladlarıma açmışam. Bilsəydim sizin verilişdir, gəlməzdim. Adamı çox pərt edirsiniz. Əgər mənə qulp qoysanız, övladlarımı köməyə çağıracağam”.
Oxu.Az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova “İctimai Televiziya”da yayımlanan “Fatehin divanı” axşam şousunda aparıcı DJ Fatehə etirazını bildirərkən deyib.
Aparıcının “Fatmayıdakı bağda qalırsınız?” sualına F.Kərimova belə reaksiya verib:
"Əcəb edirəm, Fatmayıda qalıram. Haranı istəyirəm, oranı seçirəm. Bir xanım var idi (mərhum Xalq artisti İlhamə Quliyevanı nəzərdə tutur - red.), Maştağada otururdu, zəng vurana deyirdi ki, İsveçdəyəm. Deyirdilər, axı Maştağaya zəng vurmuşuq, cavab verirdi ki, Xalq artistiyəm, harada istəyirəm, orada oluram. Mən də Xalq artistiyəm”.

               


Baxış sayı: 434


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya