Bütün xəbərlər
Nazilə Səfərli bu məşhura 2 min manatlıq kostyum aldı - Foto
Tarix: 16-05-2020 14:49 | Bölmə: Mədəniyyət

                 Nazilə Səfərli bu məşhura 2 min manatlıq kostyum aldı -Foto


Tanınmış şairə Nazilə Səfərli bədihəçi Namiq Mənaya bahalı kostyum  hədiyyə edib.
Bu barədə Unikal.org-a N.Səfərli məlumat verib. O, bildirib ki, mərcdə uduzduğu üçün bədihəçiyə 2 min manatlıq kostyum alıb:
“Aprel ayının 14-ü Namiqlə mərcə gəldik.O, dedi ki, mən arıqlaya bilərəm.Amma mərc gəlsək bunu edərəm.Bir ayda 4 kq  arıqlamaq normaldır.Amma Namiq  Məna dedi ki, 12 kq arıqlayaram. Mən fikirləşdim bu qədər arıqlasa o, şoka düşər. Sonra mən özümü günahkar bilərəm.Mən dedim 8 kq arıqla sənə bir kostyum alaram.Uduzsan sən alarsan.Ramazan ayı gəldi, Namiq bir ay az yedi.Studiyaya gələndə qanı düşmüşdü.Son günə kimi neçə kq arıqladığını demədi. O, bir aya 13 kq arıqladı. And aman etdi ki, dərman içməyib. Məbləğ deyilməmişdi amma 2-3 min manatlıq kostyum nəzərdə tutulmuşdu.Geyim mağazasında Namiq metri 500 manata tikilən kostyumlara baxırdı.O, 5 min manatlıq  kostyum istəyirdi. Əslində Namiq məndən kostyum yox pul almaq niyyətində idi.Amma mən də ona kartımdan  2000 manat verdim ki, kostyum alsın.Halal xoşu olsun.O, kostyum əldə etmək üçün özünə zülm edib 13 kq arıqladı.Mənimlə birgə Ceyhun Vəliyev və müğənni Mənzurə Musayeva da iddiaya girmişdi.Ceyhun köynək, Mənzurə isə bahalı ayaqqabı almalıydı.Təəssüf ki, onlar məndən fərqli olaraq sözlərinə əməl etmədilər”.


Baxış sayı: 485


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya