14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
"Kürəkənim oğlumun 15 illik dostudur" — Mələkxanım Əyyubova
Tarix: 03-05-2020 20:54 | Bölmə: Mədəniyyət

                

Xalq artisti Mələkxanım Əyyubova "Səni axtarıram" proqramının virtual qonağı olub.
"Ölkə.Az" "Axşam.az"a istinadən xəbər verir ki, xanəndə qızı Nəzrindən bəhs edib.
O bildirib ki, övladının toyu koronavirusa görə qalıb: "Allah bilən məsləhətdir. Nə vaxt Allaz izn verər, onda da edərik. Kürəkənim ürəyimcədir. Oğlumun 15 illik dostudur. Qızım Nəzrinlə kürəkənim Təbrizin tanışlığı qəfil oldu. 15 il böyük oğlumla kürəkənim birlikdə xaricdə təhsil alıblar. Onun valideynləri ilə tanışlığımız da var idi. Münasibətləri birdən-birə oldu.
Bəxt və şansdır. Görür, sevir və xoşbəxt ailə olur. Bəzən də görürsən ki, illərdir tanıyırsan, amma alınmır. Bu, Allahın yazdığı bir yazıdır.
Evin tək qızı idim. Bibim deyirdi ki, sən ərə gedəcəksən, mən tək qalacam? Ailə qurdum, anam da bizlə yaşadı.
İndi bütün övladlar valideynlərlə deyil, ayrı yaşamaq istəyirlər. Böyük oğlum ailə qurub, o da bizdən ayrı yaşayır. Böyük qızım da ailəsi ilə ayrı yaşayır. Nicata deyirəm ki, sən balacasan, ailə qurdun mənlə yaşayacaqsan. Qaş-qabaq edir ki, elə mənə qaldı? Mən də ayrı yaşamaq istəyirəm".



Baxış sayı: 652


Bölməyə aid digər xəbərlər