14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
“Tövbə” cəmiyyətinin başına Hacı Əbdülün oğlu keçir
Tarix: 28-04-2020 16:07 | Bölmə: Mədəniyyət
                 

“Tövbə” cəmiyyətinə Allahın köməkliyi ilə qardaşım sədrlik edəcək”.
Modern.az-a “Tövbə” cəmiyyətinin vəfat etmiş sədri Hacı Əbdül Əbdülovun ilk evliliyindən olan qızı deyib.
“Hazırda koronavirusa görə məscidlər bağlıdır. Ona görə də həm məscid, həm də “Tövbə” cəmiyyəti bağlıdır. Karantin bitsin, bu məsələlər də yoluna qoyulacaq”-deyə mərhumun qızı əlavə edib.
Hacı Əbdülün qızı son günlər ailədə baş verənlərlə bağlı çox gərgin olduqlarını da söyləyib:
“Atamın dünyasını dəyişməsi ilə aləmizdə bütün qaydalar pozuldu. Atamın ikinci həyat yoldaşı ailəmizə əlavə problemlər gətirdi. Atam sağ olaydı, o da belə at oynadaydı! Tarix boyu ola bilməzdi. Mənim atam elə kişi olub ki, bütün insanlar ona hörmət edib. Ancaq evdəki qadın atamı və onun övladlarını hörmətsiz etməyə çalışır. Buna da nail ola bilməyəcək. Çalışırıq ki, atamdan qalan mülkdən hər bir övladına pay düşsün”.
Qeyd edək ki, “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov bu il aprelin 6-da 79 yaşında dünyasını dəyişib. 
Məlumat üçün bildirək ki, Hacı Əbdül Əbdülovun ikinci həyat yoldaşının 37 yaşı var.



Baxış sayı: 540


Bölməyə aid digər xəbərlər