14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Tünzalədən Rəqsanənin qalmaqallı fikirlərinə reaksiya
Tarix: 16-04-2020 11:44 | Bölmə: Mədəniyyət

                  Tünzalədən Rəqsanənin qalmaqallı fikirlərinə reaksiya

Müğənni Rəqsanə İsmayılovanın Xalq artisti Tünzalə Ağayevanın ünvanına səsləndirdiyi fikirlər tərəflər arasında gərginliyin yaranması ilə nəticələnib.
“Qafqazinfo” xəbər verir ki, bir neçə gün bundan əvvəl Rəqsanənin instaqramda “Dövlət məmurlarının uşaqlarının toylarında oxuyurdunuz. “Xalq artisti” adını alıb şokolad mağazası açmaqla deyil... Tünzalə Ağayeva, şokoladı müğənnilərin evinə göndərib reklam edirsən. Səni sevən xalqa kömək et. Bağlatdır o şokoladdan on qutu, göndər on yetimin evinə”,- deməsi qarşı tərəfin xoşuna gəlməyib.
Əvvəlcə sənətçinin prodüseri Yalçın Cabbarov açıqlama verərək T. Ağayevanın daim xeyriyyə addımları atdığını söyləyib. Daha sonra sənətçi sosial şəbəkədə ona dəstək olan insanların statuslarını “story”də paylaşıb, Rəqsanənin üzr istəməsini eyham edib.

Hətta Xalq artisti bu gün aparıcı Nərgiz Cəlilovanın statusunu öz əsas səhifəsində paylaşaraq Rəqsanənin iddialarına cavab verib. Fransız yazıçısı Deni Didrodan sitat gətirilən statusda yaxşılığı incəliklə etməyin vacibliyi vurğulanıb:
“Xoş deyil kimsəni məzəmmət etmək,
Bilmədən, görmədən həqarət etmək.
“Yaxşılıq” təqdirəlayiq hərəkət,
Minnətsiz olması böyük məharət!
Allah da gizlidir,
Əsl mərhəmət, əməl sahibinə verilən qiymət.
Yalnız yaxşılıq etmək kifayət deyil,
Yaxşılığı incəliklə etmək də vacibdir”. 
Ağayeva sözügedən statusa rəy yazan, R. İsmayılovanın tənqidi fikirlərini birmənalı qarşılamayan şəxslərin şərhlərini bəyənib, hətta onlara cavab da yazıb.
                   



Baxış sayı: 570


Bölməyə aid digər xəbərlər