Bütün xəbərlər
Məşhur aparıcının məşqdə qabırğası sındı
Tarix: 13-04-2020 16:14 | Bölmə: Mədəniyyət

                 Məşhur aparıcının məşqdə qabırğası sındı

Rusiyanın məşhur aparıcısı Yelena Letuçayanın qabırğası sınıb. “Qafqazinfo” xəbər verir ki, hadisə aparıcının qatıldığı “Ulduzlarla rəqs” layihəsinin məşq prosesi zamanı baş verib.
“Təəssüf ki, bu gün rəqs olmayacaq. Sadəcə ciddi bir zədə aldığımı- qabırğamın sındığını öyrəndik. Lakin bundan əvvəl düşündük ki, kiçik ağrıdır. Hələ qırıq qabırğa ilə rəqs etdik”,- deyə Yelena bildirib.
Həkimlər onun yaxın iki həftə ərzində rəqs salonuna getməsini qadağan ediblər. Qeyd olunub ki, Letuçaya bu səbəbdən yarışmadan da uzaqlaşdırılıb.


Baxış sayı: 490


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya