Bütün xəbərlər
Arif Quliyev karantində təsbeh düzəldir
Tarix: 10-04-2020 16:32 | Bölmə: Mədəniyyət

           

Xalq artisti Arif Quliyev xüsusi karantin müddətində yeni hobbilər əldə edib. Sevilən sənətkar evdən çıxmadığı müddətdə şeir yazıb, yeni yumorlar hazırlamaqla yanaşı, həmçinin təsbeh də yığır.
Turkustan.info xəbər verir ki, yenisabah.az-ın redaksiyasına ev şəraitində hazırladığı təsbehləri göndərən aktyor, karantindən sonra onları yaxın adamlarına, dostlarına hədiyyə edəcəyini bildirib:
“Təsbeh həm dini məqsədlə, həm də stress atmaq üçün istifadə oluna bilir. Həm də sevdiklərimiz üçün çox gözəl hədiyyədir. Mən də bir müddətdir bu işlə məşğulam. Evdə təbii daşlardan, muncuqlardan təsbeh yığıram. Hobbi kimi əvvəl də yığırdım, amma hazırda karantin rejimi olduğu üçün evdə daha çox vaxtım olur. İnşallah, karantin bitdikdən sonra onları dostlarıma, yaxınlarıma hədiyyə edəcəyəm”.


Baxış sayı: 536


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya