14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Rauf Babayev xəstəxanaya yerləşdirildi - Heydər Əliyev Fondu məsələni nəzarətə götürdü
Tarix: 25-02-2020 19:43 | Bölmə: Mədəniyyət

                  Rauf Babayev xəstəxanaya yerləşdirildi

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən məşhur “Qaya” qrupunun üzvü, “Qaya” Dövlət Ansamblının bədii rəhbəri Rauf Babayevin müalicəsi ilə bağlı məsələləri Fond öz nəzarətinə götürüb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, R.Babayev fevralın 23-də axşam saatlarında ürək çatışmazlığı diaqnozu ilə Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna yerləşdirilib. 
Bu gün Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Kordiologiya İnstitutuna gələrək R.Babayevi ziyarət edib. A. Ələkbərov Xalq artistinin səhhəti ilə maraqlanıb. Bunun ardınca Rauf Babayev xüsusi təchiz edilmiş ambulansla Mərkəzi Klinik Xəstəxanaya köçürülüb. 
Artıq onun müalicəsi Heydər Əliyev Fondunun rəhbərliyinin nəzarəti altında Mərkəzi Klinikada davam etdiriləcək.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Şükür Eyvazov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Rauf Babayev Kardiologiya İnsututunda müayinə olunarkən müəyyən olunub ki, uzun illər öncə keçirdiyi ürək problemləri ilə əlaqədar narahatlıq yaranıb: “Bu narahatlıq aradan qaldırıb, Rauf Babayev indi özünü yaxşı hiss edir, rahat gəzir, vəziyyəti stabildir. Müalicəsinin sonrakı mərhələsini davam etdirmək üçün bu gün Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib”.



Baxış sayı: 590


Bölməyə aid digər xəbərlər