14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Mirşahin geri çəkildi, müsabiqə ləğv edildi
Tarix: 10-01-2020 19:49 | Bölmə: Mədəniyyət

                  Mirşahin geri çəkildi, müsabiqə ləğv edildi


Bu gün Milli Televiziya və Radio Şurasının iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, iclasda MTRŞ tərəfindən ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşeron yarımadası ərazisində 102,0 MHz işçi tezliyinə 12 noyabr 2019-cu il tarixdən 12 dekabr 2019-cu il tarixədək elan edilmiş müsabiqənin nəticələri müzakirə olunub. 
Müsabiqədə iştirak etmək üçün 5 hüquqi şəxs sənədlərini Şuraya təqdim edib: 1.“Real Təhlil İnformasiya Mərkəzi” MMC; 2.“TV-Media Azerbaijan” MMC; 3.“Balans Studiyası” MMC; 4.“İNS ÇM” MMC; 5.“OMD Azerbaijan” MMC.
Üç iddiaçı - “TV-Media Azerbaijan” MMC, “OMD Azerbaijan” MMC və “Real Təhlil İnformasiya Mərkəzi” MMC sonradan müsabiqədə iştirak etməkdən imtina edib. 
Bu səbəbdən, Milli Televiziya və Radio Şurasının “Teleradio yayımı sahəsində lisenziya üçün keçirilən müsabiqənin Qaydaları”nın 2.1.8.-ci bəndinə (Şura müsabiqədə 3-dən az iştirakçı iştirak etdikdə müsabiqəni ləğv edə və ya yeni müsabiqə elan edə bilər) əsasən Şura müsabiqənin ləğv olunması barədə qərar qəbul edib. 
Qeyd edək ki, sözügedən tezliklə bağlı müsabiqənin elan edilməsinə qarşı ölkənin bir qrup ziyalısı və ictimai xadimlər Prezident İlham Əliyevə müraciət ünvanlamışdı. Onlar vaxtilə Milli Qəhrəman Çingiz Mustafayevin adını daşıyan radio tezliyinin satışa çıxarılmasının ləğv edilməsini xahiş etmişdilər. 



Baxış sayı: 596


Bölməyə aid digər xəbərlər