22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
"Dağlıq Qarabağa getməyə razılıq verməmişəm" -Hollivud ulduzu
Tarix: 20-04-2018 20:18 | Bölmə: Mədəniyyət
"Dağlıq Qarabağa getməyə razılıq verməmişəm" -  Hollivud ulduzu

“Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyirəm".

Axşam.az-ın məlumatına görə, bu sözləri Hollivud ulduzu Stiven Siqal "Facebook" səhifəsində yazıb. 

Aktyor Ermənistana səfər edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. O deyib ki, bu cür məlumatlar doğru deyil:

"Məni Ermənistana dəfələrlə səfər etməyə dəvət ediblər, lakin heç zaman razılıq verməmişəm. Həmçinin heç zaman Dağlıq Qarabağa səfər etməyə razılıq verməmişəm".   

Qeyd edək ki, Stiven Siqalın aprelin 22-də Ermənistana, həmçinin Dağlıq Qarabağa səfər edəcəyi ilə bağlı Ermənistan mətbuatı xəbər yayıb.








Baxış sayı: 728


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya