14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
“Ay bədbəxt, sən görmürsən ki, evliyəm?”
Tarix: 23-12-2019 11:06 | Bölmə: Mədəniyyət

              “Ay bədbəxt, sən görmürsən ki, evliyəm?”

“Efirdə həyat yoldaşımı göstərdilər, 5-6 nəfər evlənmə təklifi etdi. Ay bədbəxt, sən görmürsən ki, evliyəm? Mən bir milyon kişinin arasına başı dik girib çıxa bilərəm. Həyat yoldaşım da bilir. O, keçmişimdən də, bu günümdən də xəbərdardır”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova “ATV maqazin onlarla” proqramında qonaq olarkən deyib. Sənətçi iş adamı Fazil Əmiraslanovla ailəli olduğu halda dəfələrlə evlilik təklifi aldığını söyləyib.
Bundan əlavə, Rəqsanə Xalq artisti Faiq Ağayevlə illər əvvəl yaşadığı qalmaqaldan danışıb:
“İllər əvvəl Xalq artistimiz Faiq Ağayev mənimlə səhnəyə çıxmaqdan imtina edib. Bakıda toyda olmuşuq, məclisi də Faiq bəy idarə edirdi. Toyun qurtarmağına bir saat qalmağına baxmayaraq, məni səhnəyə buraxmırdı. İndi isə hər şey qaydasındadır.  Ola bilsin ki, mənim barədə ona doğru şeylər deməmişdilər. Telefonla danışdıq, məsələni həll etdik. İndi onu çox istəyirəm. Hətta, boğazı ağrıyanda buradan ona bal göndərmişdim”.



Baxış sayı: 567


Bölməyə aid digər xəbərlər