14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
“15 yaşımda evdən qaçıb rəqqasəgildə yaşadım”
Tarix: 06-12-2019 14:36 | Bölmə: Mədəniyyət

                   “15 yaşımda evdən qaçıb rəqqasəgildə yaşadım”

“Atam 2003-cü ildə rəhmətə getdi. Fəxri adı 2002-ci ildə almışam, atam xəstə vaxtında çox sevindi. Ölüm yatağında dedi ki, səni düz tanımamışam, oğlum imişsən. Çox əziyyət çəkmişəm, məni evə buraxmayıblar”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Əməkdar artist Aygün Bəylər “Şou ATV” proqramına qonaq olarkən deyib. Sənətçi efirdə keçmiş günlərini xatırlayaraq kövrəlib. A. Bəylər atasının ona qoyduğu qadağalardan söhbət açıb:
“15 yaşımdan tək yaşayıram. Evə getmək olmazdı. Qorxumdan evdən qaçmışdım. Atam məni öldürəcəkdi ki, niyə toyda oxumuşam? Rəfiqəm sağ olsun, rəqqasə Elnarənin evində  yaşayırdım. 16 yaşımdan ev tutdum, tək yaşadım. 32 yaşımda isə qızım Canan dünyaya gəldi. Ana olduqdan sonra tamamilə başqa Aygün oldum. İndi özümdən başqa hamıdan nigaranam. Mən kimə lazımam?”.



Baxış sayı: 588


Bölməyə aid digər xəbərlər