14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Nəvəsi əməkdar artisti biabır etdi: "Xəsisdir, ona "Qarmon" deyirəm" (VİDEO)
Tarix: 13-11-2019 17:48 | Bölmə: Mədəniyyət
Nəvəsi əməkdar artisti biabır etdi:

ARB TV-nin "Üçəlli” verilişində, əməkdar artist Gülbahar Şükürlünün nəvəsi Fəridə ilə bağlı maraqlı sujet nümayiş olunub.
Qaynarinfo xəbər verir ki, əməkdar artistin nəvəsinə, nənəsi ilə bağlı bir çox suallar ünvanlanıb. Fəridənin verdiyi cavablar isə təəccüb doğurub:
"İki nənəmin də adı Gülbahardır. Mən bu nənəmə qısaca "qarmon” deyirəm. "Qarmon” nənəm mənə hədiyyə alıb, amma yadımda deyil, çünki çoxdan alıb. Onun qarmonuna toxunmuram, vecimə deyil. Çox danışır, o qədər çox danışır ki, insan yerə yıxılır. Bir dənə mavi köynəkli dostu gəlmişdi, o qədər danışdı ki, beynim getdi.
Nənəmin yanında yatmıram. Çünki atam, anam, mən birlikdə çarpayıda yatırıq. Ona yer qalmır deyə divanda yatır. O bizə gələndə, ya biz onlara gedəndə "Fəlfəlim” deyir. Mənim də xoşuma gəlmir.
Normal şəkildə adımı desin, gül kimi adım var. "Qarmon” nənəm biraz xəsisdir. Şikayətçi deyiləm, amma vallahi heç bir şey almır. Əslində üçümüzü də çox sevir, amma ən çox Mədinəni istəyir. Nənəm bu müsahibədən sonra ola bilsin məndən incidi”.
                            



Baxış sayı: 695


Bölməyə aid digər xəbərlər