Bütün xəbərlər
Bəhram Bağırzadə: Naxçıvanın qədim və zəngin tarixi-milli sərvətimizdir - FOTOLAR
Tarix: 28-10-2019 16:09 | Bölmə: Mədəniyyət




NUHÇIXAN xəbər verir ki, məşhur azərbaycanlı aktyor və naşir Bəhram Bağırzadənin "Azərbaycan şəhərləri" - "Bakı uşaqlar üçün", "Uşaqlar üçün Şuşa", "Uşaqlar üçün İrəvan" kitablarının silsiləsinin davamı olan "Naxçıvan uşaqlar üçün" adlı yeni kitabı işıq üzü görüb. Yeni kitabda müəllif Naxçıvanın tarixindən, parlaq elm adamlarından, döyüşçülərdən, siyasətçilərdən və minlərlə tarixi, mədəniyyət və memarlıq abidələrindən bəhs edir. Bu abidələrdən 58-i dünya əhəmiyyətli olduğu vurğulanır. Müəllif kitabda bildirir ki, Naxçıvan toponimi Nuh peyğəmbərin adı ilə əlaqəli olan "Nuhçıxan"sözündən yaranıb. Bu ərazidə aparılan arxeoloji qazıntılar zamanı müqəddəs kitablarda - Quranda və İncildə qeyd olunan qlobal daşqının izləri aşkar edilib. 
“Qədim və zəngin tarixə malik Naxçıvan bizim milli sərvətimizdir. Naxçıvan qlobal miqyasda öz gözəlliyi ilə fərqlənir. Qədim tariximizə şəhadət verən tarixi abidələr burada qorunur”- deyə müəllif vurğulayır.


Baxış sayı: 702


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya