14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Brilliant üzüyü əlindən alınan Əməkdar artist: İndi bu, nə məna verdi, Zaur? - VİDEO
Tarix: 24-10-2019 01:48 | Bölmə: Mədəniyyət
                         



“Xəzər TV”də yayımlanan “5-də 5” axşam şousunda qonaq olan Əməkdar artist Mətanət İsgəndərlinin taxdığı brilliant qaşlarla bəzədilmiş üzüyü əlindən alınıb.  
Oxu.Az xəbər verir ki, verlişin aprıcısı Zaur Kamal M.İskəndərlinin barmağına taxdığı üzüyünü çıxartmağı xahiş edib.  
Zaurun canlı efirdə “Üzüyü o verib?” deməsi qarşı tərəfin üzünü güldürüb.  
Daha sonra Əməkdar artist Zaura səslənərək “Qızım Ülkər mənə hədiyyə edib. O alıb mənim üçün. Xoşun gəlir?”, - deyərək, üzüyü barmağından çıxarıb, aparıcıya verib.  
Z.Kamal isə brilliant üzüyü kanon ifaçısına uzadaraq “Keçən səfər aşıq Samirə üzüyünü sənə verdi. Verirəm sənə bu üzüyü də, sonra aramızda bölərik. Brilliantdır!”, - deyib. 
Şouda gördüklərindən təəcübünü gizlədə bilməyən Mətanət “İndi bu nə məna verdi, ay Zaur? Məndən alıb, verdin ona”, - deyərək gülə-gülə aparıcını məsxərəyə qoyub.  
Zaurun etdiyi hərəkətinin “niyəsini” soruşan İskəndərli, aparıcıdan gözlənilməz cavab alıb:  
“Biz müğənnilərin bahalı əşyalarını əlindən alıb, veririk qıza”.  
Heyrətlənən Əməkdar artist üzünü kanon ifaçısına tutataq “Kefdəsən, var dövlətin gəl ha gəldir”, - deyib, üzüyün brilliant olduğunu bir daha təsdiqləyib.  
Şouda baş verən hadisə sosial şəbəkələrdə yayıldıqdan sonra müzakirələrə səbəb olub.  
Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı verlişin aparıcısı Zaur Kamal və Əməkdar artist Mətanət İskəndərli ilə əlaqə saxlayıb.  
Zaur Kamal Mətanət İskəndərlinin üzüyü geri almadığını bildirib: “Bu, şoudur. Amma üzük həqiqətən də brilliant idi. Hədiyyə etdik kanon ifaçısına. Bir sirr də açım ki, kanon ifaçısı Mətanətin musiqiçilərindən biridir. Üzüyü isə gördüyünüz kimi hədiyyə etdi və geri istəmədi”.  
Mətanət İskəndərlinin meneceri Jalə isə redaksiyamızın əməkdaşı ilə söhbətində üzüyü kanon ifaçısına hədiyyə etdiyini ve geri almadığını bir daha təsdiqləyib.  
Qeyd edək ki, ötən həftələrdə “5-də 5”də qonaq olan Əməkdar artist, aşıq Samirə Əliyeva da proqramda eyni ssenari ilə üzləşib.  
Barmağından “Svorovskiy” daşlarla bəzədilmiş üzüyünü çıxaran Zaur Kamal onu yenə də kanon ifaçısına vermişdi. Aşıq Samirə isə Oxu.Az-a açıqlamasında üzüyü kanon ifaçısına hədiyyə etdiyini bildirmişdi.                                     

                            



Baxış sayı: 650


Bölməyə aid digər xəbərlər