00:17 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
00:13 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
00:08 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
00:01 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
23:55 / 17-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
23:50 / 17-09-2026
Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib
23:46 / 17-09-2026
Təyyarə qəzaya uğrayıb
17:58 / 17-09-2026
Şoyqu: "Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyəcək"
17:55 / 17-09-2026
Ermənistanın Baş naziri Nikol Paşinyan rus dilini öyrəndiyini açıqladı
17:52 / 17-09-2026
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17:49 / 17-09-2026
Motorlu gəminin kapitanı və iki dənizçisi itkin düşüb
17:45 / 17-09-2026
Bir ana 18 aylıq qızını bıçaqlayaraq öldürüb
17:43 / 17-09-2026
Boris Nemtsovun qızı beynəlxalq axtarışa verilib
17:39 / 17-09-2026
Baş verən yanğın zamanı bir qız pəncərədən asılıb, lakin yıxılaraq ölüb
17:36 / 17-09-2026
Uşaq bağçasında üç yaşlı oğlanı gənə dişləyib
17:31 / 17-09-2026
Yeddi yaşlı skuter sürücüsü zibil maşını tərəfindən vurulub
17:27 / 17-09-2026
İtaliyanın təhsil naziri təhdid məktubu və bir güllə aldı
17:23 / 17-09-2026
Putin cümə günü "MS-21-310" təyyarə müqaviləsinin imzalanması mərasimində iştirak edəcək
17:19 / 17-09-2026
Çin Xarici İşlər Nazirliyi: Çin digər ölkələrlə ticarətinə müdaxiləyə dözmür
17:15 / 17-09-2026
Kosovoda AB Missiyası binası yandırıldı
17:11 / 17-09-2026
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17:08 / 17-09-2026
Düşənbə Beynəlxalq Cinayət Məhkəməsindəki iştirakını nəzərdən keçirir: Tacikistan parlamenti çıxmağı müzakirə edir
17:06 / 17-09-2026
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
17:02 / 17-09-2026
Lavrov Merzin Almaniyanı hara apardığını anladığına şübhə ilə yanaşıb
16:57 / 17-09-2026
Ermənistan Rusiya ilə münasibətlərdəki problemləri etiraf edir
16:53 / 17-09-2026
Paşinyan kədərli bir video paylaşdı
16:48 / 17-09-2026
Ayının giləmeyvə yığanları öldürməsi işini araşdırır
16:25 / 17-09-2026
Azərbaycanın dini və mədəni irsə münasibəti təqdir olunur-Könül Nurullayeva
23:44 / 16-09-2026
ABŞ İsveçrə vətəndaşına və bir türk şirkətinə qarşı Rusiya əleyhinə sanksiyaları ləğv etdi
21:19 / 16-09-2026
Almaniya Rusiyadan gələn təyyarənin Rusiya diplomatlarını götürmək üçün gəldiyini təsdiqlədi
21:16 / 16-09-2026
Makron Fransanın yanacaq təchizatını təmin etmək üçün daha sərt tədbirlərə çağırır
21:10 / 16-09-2026
Görünən ayının "ördək" olduğu ortaya çıxdı
21:06 / 16-09-2026
BMT Baş katibi Ukraynada dərhal atəşkəs elan etməyə çağırdı
21:03 / 16-09-2026
Paşinyan Rusiya bazasının çıxarılması məsələsini Putinlə heç vaxt müzakirə etmədiyini bildirib
20:57 / 16-09-2026
Karlson Ukraynadakı münaqişənin tezliklə bitməsi üçün dua etdiyini bildirib
20:54 / 16-09-2026
Karlson Trampın amerikalılara 5000 dollar ödəmək vədi ilə bağlı: "Bu, alçaldıcıdır"
20:48 / 16-09-2026
Bir kişi avtomobil paylaşma botu vasitəsilə 514.000 rubl dəyərində benzin oğurlamaqda təqsirli bilinib
20:31 / 16-09-2026
İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
20:18 / 16-09-2026
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
20:04 / 16-09-2026
Çin nüvə reaktoru və dəmir topu olan bir tank üçün dizayn hazırlayıb
Sevdiyi qıza görə bıçaqlanan XALQ ARTİSTİ
Tarix: 06-10-2019 14:13 | Bölmə: Mədəniyyət

Modern.az tanınmış jurnalist Ramilə Qurbanlının növbəti yazısını təqdim edir.
İnsanın müxtəlif hallarının, fərqli ovqatlarının şahidi olandan sonra onun insanlığı haqda təsəvvür formalaşır. Daha doğrusu, təsəvvür belə formalaşarsa düzgün olar. Onu həmişə gülərüzlü, xoşsimalı görmüşəm, amma kövrəlməyinin də şahidi olmuşam, insanları şənləndirməyinin də, sevincinin də, kədərinin də. Bircə hirslənməyini bilmirəm. Hərdən mənə elə gəlir ki, Ramiz müəllim heç hirslənmir. Səhnədə müxtəlif obrazlarına baxmışam, ailədə oğula-uşağa, qıza-nəvəyə, xanımına münasibətini görmüşəm. Elə bil hirslənəndə də onu zarafatla ifadə edir, mən belə şahidi oldum. Görmüşəm ki, el şənliyində zabitlər onu – general Həzi Aslanovmuş kimi əhatəyə alıblar. Ramiz Novruzov həmin anda özü olmayıb elə Həzi Aslanova dönüb.
Eyni tamaşada iki müxtəlif vaxtlarda kulisə keçib müşahidə eləmişəm bu aktyoru. Bəhram Osmanovun “Xəcalət” tamaşasının antraktında birinci dəfə tamaşanın təsirindən ağlaya-ağlaya qucaqlaşdıq. Üstündən iki il keçəndən sonra həmin tamaşanın antraktında kulisdə səhnəyə çıxmağına sanılı saniyələr qalmış görüşdük. Elə bildim görüşdüyüm Ramiz Novruz deyildi, onun “Xəcalət” tamaşasındakı yaratdığı obrazdır. Demək, vaxtı düzgün seçməmişdim, aktyor artıq obraza daxil olan vaxt gəlmişəm onu görməyə.
Çox nadir sənətkarı xalqın sevdiyi qədər də çalışdığı kollektivdə, ünsiyyətdə olduğu insanlar sevirlər. Qəhrəmanın həmin nadirlərdəndir.

Uşaqlıq
Biləsuvar rayonun Səmədabad kəndində doğulub, orda da orta məktəbi bitirib.
Atası dülgər olub, müharibə veteranı imiş, Berlinə qədər gedibmiş. Atasının müharibə barədə xatirələri ilə böyüyüb, deyir o, müharibədən danışanda söhbətlərindən doymaq olmurdu, çünki çox səmimi danışardı. Ata həm də dindar adam olub, ibadəti, namazı yerli-yerində.
Anası evdar qadın, ailədə iki qardaş, üç bacı olublar. Onlar da hamısı ailəlidirlər, burda Bakıda yaşayırlar. Bircə qardaşı rayondadır, müəllimdir. Əslində aktyorluğu qəhrəmanıma o qardaşı sevdirib, özünün də istedadı var, amma bu gün ona baxıb qürurlanmaqla kifayətlənir.
Orta məktəbdə yaxşı oxuyan olmayıb, amma məktəbin gərəkli şagirdi olub, bütün məktəb tədbirlərində ona güvəniblər ki, şeir deyən, rol oynayan, aparıcılıq edən var.
Bütün kənd uşaqları kimi çilingağac, dirədöymə oynamağına söz yox, amma ən çox futbol oynayarmış. 8-ci sinifdən başlayaraq bütün bu maraq və istedadlar keçir arxa plana, çünki məktəbdə teatr dərnəyi fəaliyyətə başlayır.
“Elə o vaxtlardan da yəqin vurulmuşam bu sənətə. İlk məhəbbət kimidir, bilmirsən niyə sevirsən, onu bilsən demək heç sevmirsən əslində. Bəzi aktyorlar müsahibələrində deyirlər ki, mən heç aktyor olmaq istəmirdim, təsadüfən gəlmişəm bu sənətə. Mən həmişə belə aktyorlardan qorxmuşam, çünki belələri gec-tez sənətə xəyanət edir”.
İlk dəfə onuncu sinifdə oxuyanda inşada aktyor olmaq istədiyini açıqlayıb. İnşa belə də başlayırmış: “Mən indiyə qədər kim olacağım barədə çox inşalar yazmışam, amma hamısında yalan yazmışam, bu dəfə ilk dəfə həqiqəti deyirəm...”
Təsəvvür edin də, kənddə quzu otarmağı bacarmayan, hər quzu otaranda başı futbol oynamağa qarışdığından bir quzu bada verən kənd uşağı gəlib neçə ilin sənətkarlarının çəkilmək istədiyi qəhrəman obrazına çəkildi. Uşaqda bəxtə bax e...

Tələbəlik
Orta məktəbi bitirəndən sonra atası ona bir bilet alıb, üstündə də o vaxtın puluyla 85 manat verib ki, get Bakıya oxu, kim olursan ol, özün bilərsən, amma adam ol. İmtahanda aktyor sənətindən 4, 4, 5 alıb. Özü də Rza Təhmasibdən. Özü də Sovet vaxtı qadağan olunmuş bir şairin şeirini deyib qabiliyyət imtahanında. Rza Təhmasib görünür Tofiq Fikrətin “Siz” şeirini cəsarətlə (qadağan olunduğundan bixəbər olduğu halda) dediyinə görə onun həm qabiliyyətinə, həm də elə qalibiyyətinə 5 yazıb. Yazıdan isə kəsilib, daha doğrusu kəsiblər, şikayəti əsasında onu geri götürüblər, amma bir il Pedaqoji institutda oxuyandan sonra, çağırıblar ki, gəl, səni haqsız kəsiblər. Ramiz Novruzov adlı bu tələbə də eləmə tənbəllik tələbnamə ilə özünü saldırır Adil İsgəndərovun kursuna. Bunu o vaxt hansı tələbə istəməzdi ki...
Adil İsgəndərovun belə bir ənənəsi olub, tələbələrinə sonda bir rəy yazarmış. Ramiz Novruzova yazıb ki, sənin əxlaqınla yanaşılsa irəli getmək olar, böyük teatrda işləyə bilərsən: “Sən o adamlardansan ki, ilk görüşdən etibar edib uzaq yola çıxmaq olar”.
General
Təyinatla bir il Sumqayıt teatrında işləyib. Əsgərlikdən sonra bu teatrda Nəriman Həsənzadənin “Qoy, bütün şərq bilsin” tamaşasında general Şıxlinskini oynayır. Tamaşaya baxanlar arasında Hökumə Qurbanova da varmış. Aktrisa tamaşadan sonra deyib ki, mən yalnız bir söz deyə bilərəm generalı oynayan oğlan yaxşı idi. Aktyor bundan ürəklənib böyük teatrda işləmək üçün müraciət edib. Müraciət az sonra qəbul edilib.
“Bir on il Akademik teatrda özümü sübut etməklə məşğul oldum. Yalnız başımı aşağı salıb işləyirdim. Özüm üçün belə bir xətt tutmuşdum, həmişə orta sıralarda Adil İsgəndərov, Rza Təhmasib, Mehdi Məmmədov əyləşərdi, onları əsas tutub oynayırdım, onların xoşuna gəlsin”.
Tanrı hər 10 ildən bir ona bir hədiyyə göndərib. 31 yaşında Əməkdar artist, 42 yaşında Xalq artisti. Ardıcıl uğurlu rollar da üstəlik.

Teatrda
Teatrda oynadığı rollar: Nəvvab və İran şəhzadəsi ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev), Mayor Edmund ("Şeyx Xiyabani", İlyas Əfəndiyev), Bahadur ("Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev), Məhəmməd Suvarlı ("Sevgililərin cəhənnəmdə vüsalı", İlyas Əfəndiyev), Cəmil ("Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), Sisyanov və Kərbəlayi Xan ("Hökmdar və qızı", İlyas Əfəndiyev), Seyton ("Maqbet" Uilyam Şekspir), Edmund ("Kral Lir", Uilyam Şekspir), Kreon ("Medeya", J.Anuy), İbn Yəmin ("İblis", Hüseyn Cavid), Səlim bəy ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Loğman ("Fəryad", Bəxtiyar Vahabzadə), Laçın ("Hara gedir bu dünya?", Bəxtiyar Vahabzadə), Toğrul ("Cəzasız günah", Bəxtiyar Vahabzadə), Fərhad ("Sənsiz", Şıxəli Qurbanov), Baş redaktor ("Mənim sevimli dəlim", Elçin), Andranik və Nostradamus ("Hələ "sevirəm"deməmişdilər…", Ramiz Novruz), Ələs bəy ("Dirilən adam", Mir Cəlal), Qaçaq Süleyman ("Ölüləri qəbiristanlıqda basdırın", İsmayıl Şıxlı), Murad ("Xəcalət", Hüseynbala Mirələmov), Cəbrayıl ("Teleskop", Elçin), “Yaşlı qadının gəlişi”( F. Dürrenmat)
Kino
Həzi Aslanov roluna təsdiqlənməyin özü gözlənilməz olub. Sınaqda bu obraz üçün sinov gedən və artıq özünü təsdiq etmiş aktyorlar varmış. İddialı, şanslı. Axırıncı üç nəfərin də içindən özünün seçildiyini eşidəndə aktyor qulaqlarına inanmayıb. Seçim prosesində onun adı gələndə bütün seçim heyəti əl çalırmış.
Görünür, atasının müharibə xatirələri, teatr səhnəsində yaratdığı general obrazları və Həzi Aslanovla eyni torpağın yetirməsi olması hərəsi bir damla qoyub bu şansın üzərinə.
“Həzi Aslanov mənim vizit kartımdır, adımı çəkəndə soruşurlar ki, o, hansı aktyordur? Cavab verilir ki, Həzi Aslanovu oynayan. Bu xoşdur adama. Tarixi şəxsiyyətin obrazını yaratmaq və onunla tanınmaq çox gözəldir. Yoxsa adını çəkələr, amma hansı rolla səni tanıtdırsınlar onu tapmayalar-acınacaqlı tale olardı”.
Bütövlükdə bu kinonun qıt vaxtında 28 film. Bəs, sən tamaşaçı, hansı filmlərini xatırlayırsan, daha doğrusu, Ramiz Novruzovun oynadığı neçə kinonun adını çəkə bilərsən? “Sizi dünyalar qədər sevirdim”, “Cavad xan”, “Cavid ömrü”, “Qorxma, mən səninləyəm”, çox yayılmasa da “Sarı gəlin” və televiziyada “Ümid”, “Yurd yeri”, vəssalam. 60 yaşına çatmış Xalq artisti üçün az deyilmi? Allah insaf versin, Azərbaycan kinosunun onurğasına balta vuranlara. Ümid yaxşı şeydir, bugünkü dirçəliş sənətkarın və sənətin xeyrinə işləyər, inşallah.
Televiziya
H.Cavidin "Topal Teymur" (Divanbəy), L.Tolstoyun "Kreyser sonatası"(Musiqi müəllimi), V.Şekspirin "Antoni və Kleopatra" (Antonio), O.Kamalın "Dodaqdan qəlbə"(Kənan bəy), "Yad qızı" (Nihad) və s. teletamaşalarda maraqlı rollar oynayıb. Həzi Aslanovdan sonra gəl bu aktyoru Kənan bəy obrazında qəbul elə görüm, yazıq tamaşaçı, edə bildinmi? Yoxsa, sevgi ilə nifrət qarışdı bir-birinə? Hə, bax, sənətkarlıq da elə bundadır, onu həm sevə biləsən, həm də nifrət edəsən, axırda sevgi qalib gələcək, əgər, nə üçün nifrət etdiyini anlasan. Dərk etsən ki, o, elədi bunu, onun sənətkarlığı.
Sevgi və ailə
Həyat yoldaşının adı Xoşavazdır. Məktəb özfəaliyyət kollektivində bir yerdə iştirak ediblər. Qız ondan iki sinif aşağıda oxuyurmuş. Gözəl səsi varmış, Ramizin yaratdığı obrazlarla onun ifa etdiyi mahnılar bir-birini tamamlayırmış. Elə Ramizi ilk cəlb eləyən də Xoşavazın şirin avazı olub. “Nazik, şirin səslə “Gilənar” mahnısı oxuyurdu. Ay gilənar, ay gilənar, bağçamızın göyçək qızı. Elə şirin alınırdı, başqa kim oxusa mənə elə zövq verməzdi. O gilənar, bu gilənar, tilsimə düşdüm. Hərdən indi də dodaqaltı oxuyur. Birdən hiss edir ki, hamımız qulaq asırıq, deyir nədi, iş-gücünüz yoxdu? Uşaqlarımızdan Şəfəqin də səsi var, arxasınca getmədi. Cavidan isə getdi səsinin arxasınca”.
Sonralar hər ikisi Bakıda təhsil alanda yenidən tapıblar birbirilərini. Xoşavaz musiqi məktəbində təhsil alırmış, Ramiz Novruzov əhd bağladığı qızı axtarmaq istəyərkən tale özü küçədə qızı qarşısına çıxardıb ki, bu sənin bəxtindir. Hər ikisi şoka düşmüş kimi baxıblar bir-birilərinə. Xoşavaza evdən qəti tapşırıq var ki, Ramizlə görüşməsin, hətta əmisi oğlu bir dəfə Ramizi bıçaq davasına da cəlb edib. Bıçaqlanma yüngül sovuşsa da nəticədə qızı oğlana vermək istəməyib ailəsi, əmiləri deyib ki, bir-neçə aya qayıdacaq qız evə-nəticəni belə proqnozlaşdırıblar, amma həmin evlilik 40 ildir ki, qüvvədədir. Bu evlilikdən üç uşaq, beş nəvə var. Xoşavaz xanım isə konservatoriyaya gedib musiqi təhsilini davam etdirməyib, həyatını ailəsinə, övladlarına həsr edib.
“Uşaqlarımız yaxşı uşaqdılar. İki oğlan, bir qız. Böyük qızımızdır, çox gözəl ingilis dili bilirdi, mən düşünürdüm o sahəyə gedər, amma böyüyəndə elan verdi ki, mən saç ustası olmaq istəyirəm. Razı olmadım, qayınanam köhnə analara məxsus bir ritual elədi, yaylığını atdı qarşıma ki, qıza icazə ver, öz istədiyi sənətə getsin. İcazə verməli oldum, indi öz sahəsinin peşəkarı, şəhərdə iki tanınmış ustadan biridir Şəfəq, bizim də baş sponsorumuzdur. Oğlum Nəriman televiziyalardan birində texniki işdə çalışır, içində yaradıcı insandır, amma utancaqdır, bir az da məhlə ənənələrinə sadiqdir, ona görə yaradıcı istiqaməti seçmədi.
Cavidan aktyor olmaq istəyirdi. İncəsənət Universitetini oxuduğu müddətdə müğənniliyə yönəldi. Filmə də çəkilib, amma indi müğənnidir”.
Rejissorluq
Ramiz Novruz özünün rejissor kimi də sınayıb, bir faciə, bir də komediya qoyub aktyor kimi çalışdığı Milli Akademik Teatrın səhnəsində. “Hələ sevirəm deməmişdilər” özünün yazdığı pyes əsasında səhnələşdirib, “Silindir” komediyası isə E. De Filipponundur. İkinciyə baxmamışam deyə bir söz deyə bilmirəm, amma birinci tamaşası o teatrda ən yaxşı tamaşalardandır.
Seriallar
Zəif-güclü, keyfiyyətli - keyfiyyətsiz, bu seriallar da hər nədirsə, sənətkar yolunun bir hissəsidir. İndi çox az film çəkilir, ona görə də aktyorlar seriallara cəlb olunur. Əvvəl buna getməyən aktyorlar da sonradan əlacsız halda getməli olur.
Ramiz Novruzov iki seriala çəkilib, Rövşən İsakla işləyib.
Nə həyatından, nə sənət yolundan narazı adam deyil, əksinə. Ehtiyacını çəkdiyim bir mənzil idi, onu da prezidentə müraciət elədim, verdi-deyir.
Həyatında hər şey yerbəyer olub. Görəsən, istədiyi, uğrunda yaşadığı nə isə varmı?
Təbii ki, bunsuz həyat dayanar: “Yazmaq istədiklərim var... Bir də tam səmimi deyirəm Azərbaycanı bütöv görmək istəyirəm”.
Modern.az
Baxış sayı: 1 110
Bölməyə aid digər xəbərlər

16-09-2026, 19:18
Çoxlu dəvətnamə: Stiven Siqal Dağıstana səfər etməyi planlaşdırır
15-09-2026, 17:49
Rusiyada Kanye West konsertinin təşkilatçısına qarşı iddia qaldırılıb
15-09-2026, 17:43
"Dolina" qrupunun direktoru Sankt-Peterburqdakı konsertin ləğv edilməsinin səbəbini açıqladı
13-09-2026, 16:45
Selin Dionun altı ildən sonra ilk konserti Fransada baş tutdu
7-09-2026, 20:28
İlham Rəhimov nəvəsi Kəmalənin sərgisində - Video - Fotolar
3-09-2026, 17:44
Puşkinin abidəsinin yerində Şekspir büstü qoyulub
2-09-2026, 19:05
Enrike İqlesiasın Astanadakı konserti üçün 34.500 bilet qalıb
1-09-2026, 20:02
Angelina Jolie Poltavaya gəldi
1-09-2026, 12:29
SHOT: Müğənni Dolina 250 milyon rubla yeni lüks mənzil alıb
31-08-2026, 16:46
Pavel Artemyev onun "Korni" qrupuna qayıtmasını niyə gözləməməli olduğumuzu izah etdi
31-08-2026, 16:22
Müğənni Nikol Şerzinger Bişkekdə keçiriləcək Dünya Köçəri Oyunlarının açılış mərasimində çıxış edəcək
30-08-2026, 17:53
Aktrisa Angelina Jolie yenidən Ukraynaya səfər etdi
26-08-2026, 19:07
"Tatu"nun konserti ləğv edilib
26-08-2026, 17:14
Larisa Dolinanın işi Moskvada rekord itkiyə çevrilib
25-08-2026, 19:45
Kanye West-in konsert təşkilatçıları şounu yenidən planlaşdırmırlar
23-08-2026, 20:20
11 yaşlı qızı aktrisanın bütün əmlakını alacaq
23-08-2026, 20:08
Media: Ciqan İsraildə elit reabilitasiya mərkəzində jakuzi ilə reabilitasiya keçir
20-08-2026, 20:16
Alla Puqaçova İstra Su Anbarındakı əmlakının yaxınlığında torpaq mülkiyyətini itirir
17-08-2026, 22:32
Kanye West Vladimir Putinlə görüşməyi xəyal edir
6-08-2026, 20:00
Polşada naməlum şəxslər Ukrayna abidəsinə zərər vurublar
3-08-2026, 18:27
At peyinindən hazırlanmış Trampın portreti Kanada yarmarkasında 1800 dollara satılıb
3-08-2026, 18:19
Polşalılar ukraynalıları musiqiyə görə döyüblər
27-07-2026, 16:17
İtkin düşmüş sənətkarın cəsədi tapılıb
23-07-2026, 22:37
"Mirage" qrupunun keçmiş solisti qrupun təsisçisinə qarşı 8 milyon rubldan çox təzminat iddiası qaldırıb
22-07-2026, 13:22
Aktrisa Ornella Muti və qızı Rusiya vətəndaşlığı almağı planlaşdırır
22-07-2026, 13:18
Vısotskinin mahnısı Böyük Britaniyada radioda səsləndirilib
20-07-2026, 18:27
Kənd tualetinə bənzəyən İrina Farionun abidəsi açılıb
14-07-2026, 10:27
"Voronin" ulduzunun qardaşı ABŞ-da ömürlük həbs cəzası ilə üzləşib
11-07-2026, 16:45
İlham Əliyev Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib
7-07-2026, 20:52
"Sınıq işıqların küçələri" serialının aktyoru vəfat edib
7-07-2026, 17:51
Gənc xanəndənin atası qəzada öldü
1-07-2026, 18:29
Aktyorun cəsədi tapılıb
25-06-2026, 22:02
Həmkarına bıçaqla hücum edən aktrisa həbsdən azad edilib
21-06-2026, 19:56
90-cı və 2000-ci illərin hitləri haqqında serial "Pilot" festivalında baş mükafat qazandı
15-06-2026, 13:28
"Kapitan qızı" serialının aktyor heyətinə qoşulub
10-06-2026, 23:46
Prodüser Filip Kirkorovun bir konsert üçün qonorarını açıqladı
10-06-2026, 23:44
Rusiyanın ilk ənənəvi Çin mədəniyyəti muzeyi açılıb