20:21 / 25-05-2026
Təqaüddə olan hakim statusundan məhrum edilib
20:19 / 25-05-2026
Rubionun Yerevana qarşıdan gələn səfərini tənqid etdi
20:15 / 25-05-2026
ABŞ Ədliyyə Nazirliyi Ağ Ev yaxınlığında baş verən atışmanı Trampa qarşı sui-qəsd cəhdi adlandırıb
20:04 / 25-05-2026
ABŞ-ın neft ehtiyatlarının sürətlə azaldığını göstərir
20:01 / 25-05-2026
İki nəfəri öldürməkdə ittiham olunan bir kişiyə bəraət verib
19:58 / 25-05-2026
Qayınanasını öldürməkdə şübhəli bilinən qadın saxlanılıb
19:55 / 25-05-2026
Terrorçular və ekstremistlər siyahısına bir tacik islamçısı əlavə edilib
19:51 / 25-05-2026
Uşaqlar arasında kütləvi salmonella infeksiyası ilə bağlı iş açılıb
19:49 / 25-05-2026
Milanın Çempionlar Liqasına vəsiqə qazana bilməməsindən sonra Allegrinin taleyini açıqladı
19:46 / 25-05-2026
Uzaq Şərqdə "Lokobol" qızıl medalını qazandılar
19:41 / 25-05-2026
Qətl şübhəsi ilə saxlanılıb
09:08 / 25-05-2026
Məhbuslar həbsxananı ələ keçiriblər.
09:02 / 25-05-2026
Fon der Leyen dron hadisələri səbəbindən Litvaya səfər edəcək
08:56 / 25-05-2026
On dörd zəlzələ baş verib
08:53 / 25-05-2026
Qərb Rusiyanın Kiyevə qarşı qisas zərbələrindən panikaya düşdü
08:50 / 25-05-2026
Makqovern: "ABŞ münaqişəyə son qoymaq üçün Zelenskiyə təzyiqi artırmalıdır"
08:45 / 25-05-2026
İbrahimov: "ABŞ İran üzərində qələbə elan edə bilər, amma müharibəni bitirə bilməz"
08:39 / 25-05-2026
ABŞ və İran Tehranın zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməsini saziş layihəsinə daxil edə bilərlər
08:34 / 25-05-2026
Güclü yağışlar nəticəsində üç nəfər ölüb, 17 nəfər itkin düşüb
08:31 / 25-05-2026
İbrahimov: "İran ABŞ üçün Hörmüz boğazını öz şərtləri ilə açmağa hazırdır"
08:27 / 25-05-2026
Hindistanda pələng bir qrup qadına hücum edərək onlardan dördünü parçalayıb
21:43 / 24-05-2026
Prezidentin qızı və gəlini Sosial Reabilitasiya Mərkəzində - Fotolar
21:31 / 24-05-2026
Leyla Əliyeva Bakıda toyda - Video
21:23 / 24-05-2026
17 yaşlı Yusif 10-dan çox nüfuzlu universitetdən qəbul aldı
21:16 / 24-05-2026
“Həmişə istəmişəm qızıl medalım olsun, atama həsr edim” - Şəhid qızından təsirli çıxış
21:13 / 24-05-2026
Çində "Shenzhou-23" pilotlu kosmik gəmisi buraxıldı
21:09 / 24-05-2026
Taylandda üç rus saxlanılıb
21:05 / 24-05-2026
Filippo Fransaya qarşı "Rusiya təhlükəsi" olmadığını bəyan etdi
21:02 / 24-05-2026
Magyar Orbanın ofisini və yataq otağını ictimaiyyət üçün açdı
20:58 / 24-05-2026
Dmitriyev bildirib ki, Merz onun məsləhətinə əməl edərsə, uğur qazanacaq
20:55 / 24-05-2026
Yanğından insanları xilas edən polis əməkdaşlarına mükafat verildi
17:11 / 24-05-2026
Zelenski Ukraynaya qarşı qisas zərbəsindən sonra Qərbə müraciət etdi
17:08 / 24-05-2026
Zarubin Putinin Çin xalqına müraciətini necə hazırladığını göstərdi
17:05 / 24-05-2026
Polis keçmiş sevgilisinə turşu atanı axtarır
16:59 / 24-05-2026
Türkiyədə turist avtobusunun qəzasında 46 nəfər yaralanıb
16:56 / 24-05-2026
Ermənistan Rusiyanın köməyi olmadan Türkiyə və Azərbaycana dəmir yolu xətlərini bərpa edəcək
16:53 / 24-05-2026
Kaliforniyada kimyəvi fəlakət riski qalır
16:50 / 24-05-2026
Evli cütlük tanışını yemək üstündə öldürüb
16:46 / 24-05-2026
Lvova-Belova: "Ukrayna Silahlı Qüvvələrinin LPR-dəki kollecə hücumu nəticəsində 60 nəfər yaralanıb"
16:44 / 24-05-2026
Paşinyan Ermənistanla Aİ arasında vizasız səyahətin tətbiq olunma müddəti barədə danışdı
Allahşükür Paşazadə Kral Abdulla Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Direktorlar Şurasının üzvü seçilib
Tarix: 29-11-2017 11:08 | Bölmə: Manşet
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə daha bir mötəbər beynəlxalq qurumun – Kral Abdulla Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi (KAICIID) Direktorlar Şurasının üzvü seçilib. İslam dininin təmsilçisi olaraq şeyxülislam Allahşükür Paşazadə bu mötəbər təşkilatda 2021-ci il aprelin 30-dək bu vəzifəni icra edəcək.
AZƏRTAC xəbər verir ki, təşkilatın baş katibi Feysəl bin Müəmmarın A.Paşazadəyə ünvanladığı məktubda bu barədə məlumat verilir. Məktubda bildirilir ki, qərar KAICIID Dialoq Mərkəzinin Təsisçilər Şurasının nümayəndələri tərəfindən qəbul olunub. Şeyxülislam ilə bərabər Direktorlar Şurasında Muhammad Bin Saud Universitetinin imamı Hamad Al-Majed, Shanti Ashram təşkilatının direktoru Kezevino Aram, Vatikanın Dinlərarası dialoq üzrə Pontifik şurasının üzvü Yepiskop Migel Ayuso, Konstantinopol Ekumenik Patriarxatının Ekzarxı Mitropolit Emmanuel, Rissho Kosei-kai prezidenti Kosho Niwano, Kenterberi Arxiyepiskopunun Dinlərarası məsələlər üzrə katibi, İngilis kilsəsinin Dinlərarası məsələlər üzrə məsləhətçisi Mark Poulson, Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru Baş Ravvin David Rosen, Xristian-Müsəlman dialoqu üzrə Milli Komitənin baş katibi Mohammad Sammak təmsil olunacaqlar.
Sənəddə KAICIID təşkilatının şeyxülislam Allahşükür Paşazadənin dinlərarası dialoq sahəsində malik olduğu nadir və zəngin təcrübə sayəsində Mərkəzin fəaliyyətinə önəmli töhfələr verəcəyinə inamı əminliklə vurğulanır.
Xatırladaq ki, KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin baş katibi Feysəl bin Müəmmər ölkəmizdə səfərdə olarkən Qafqaz Müsəlmanları İdarəsində şeyxülislam Allahşükür Paşazadə ilə görüşmüşdü. Həmin görüşdə baş katibi olduğu qurumun fəaliyyəti haqda ətraflı məlumat verən Feysəl bin Müəmmər QMİ sədrinin beynəlxalq nüfuzunu, habelə İslam həmrəyliyi, dinlərarası dialoq, multikulturalizm və tolerantlıq ideyalarının inkişafına verdiyi töhfələri nəzərə alaraq onun namizədliyini KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin idarə heyətinin üzvlüyünə təqdim etmək üçün şeyxülislamın razılığını xahiş etmişdi. İslam dininin ali məqsədlərinə, dinlərarası, mədəniyyətlərarası dialoq, sülh və həmrəylik ideyalarının bərqərar olmasına hər zaman xidmət etməyə hazır olduğunu bildirən QMİ sədri namizədliyinin irəli sürülməsinə razılıq vermişdi.
Məlumat üçün bildirək ki, KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Səudiyyə Ərəbistanı, İspaniya, Avstriya tərəfindən təsis olunub və Vatikan dövlətinin baş müşahidəçi kimi çıxış etdiyi beynəlxalq hökumətlərarası təşkilatdır. Qurumun əsas vəzifəsi dünyada baş verən münaqişələrin qarşısını almaq, onları aradan qaldırmaq üçün dünya səviyyəsində dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq etməkdir. Qərargahı Vyana şəhərində yerləşir. Quruma dünyanın müxtəlif ölkələrindən hər 4 ildən bir seçilən 3 müsəlman, 3 xristian, 1 yəhudi, 1 buddist və 1 induist din xadimindən ibarət direktorlar şurası başçılıq edir. Qeyd edək ki, KAICIID dünyanın aparıcı dini konfessiyalarının nümayəndələrindən ibarət direktorlar şurası olan yeganə hökumətlərarası təşkilatdır.
KAICIID Dialoq Mərkəzinin dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafı, müxtəlifliyə, ədalətə və sülhə dəyərin artırılmasına yönəlmiş missiyası 25 ölkə, beş qitədən cəlb olunan, müxtəlif mədəni və dini mənsubiyyəti olan şəxslərdən ibarət işçi heyətində öz əksini tapır. KAICIID dünyanın müxtəlif regionlarında, o cümlədən Avropa, Amerika, Afrika, Asiya, həmçinin Yaxın Şərq ölkələrində müxtəlif humanitar layihələr həyata keçirir. Həmin layihələr arasında “Avropada qaçqınlar proqramı”, “Din naminə zorakılığa qarşı birlik”, “Dinlərarası və Mədəniyyətlərarası dəstək proqramı”, habelə beynəlxalq təqaüdlü təlim proqramı və digərləri göstərilə bilər.
Beləliklə, dünya miqyasında multikulturalizm, İslam həmrəyliyi ideyalarının fəal təbliğatçısı, mədəniyyətlərarası əməkdaşlığa dair Bakı prosesinin müəllifi Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi sayəsində qlobal miqyasda mədəniyyətlərarası dialoq istiqamətində söz sahibinə çevrilən Azərbaycan daha bir beynəlxalq əhəmiyyətli təşkilatda təmsil olunacaq.
Azərbaycanın dini liderinin daha bir beynəlxalq tribunada - KAICIID Təşkilatının rəhbərliyində yer alması beynəlxalq miqyasda dinlərarası dialoq və əməkdaşlıq prosesində yaxından iştirak etmək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həlli prosesinə real töhfələr vermək baxımından təqdirəlayiq haldır və milli-mənəvi maraqlarımızın təmini işinə xidmət edəcək.
Baxış sayı: 477
Bölməyə aid digər xəbərlər
Tarix: 29-11-2017 11:08 | Bölmə: Manşet
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə daha bir mötəbər beynəlxalq qurumun – Kral Abdulla Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi (KAICIID) Direktorlar Şurasının üzvü seçilib. İslam dininin təmsilçisi olaraq şeyxülislam Allahşükür Paşazadə bu mötəbər təşkilatda 2021-ci il aprelin 30-dək bu vəzifəni icra edəcək.AZƏRTAC xəbər verir ki, təşkilatın baş katibi Feysəl bin Müəmmarın A.Paşazadəyə ünvanladığı məktubda bu barədə məlumat verilir. Məktubda bildirilir ki, qərar KAICIID Dialoq Mərkəzinin Təsisçilər Şurasının nümayəndələri tərəfindən qəbul olunub. Şeyxülislam ilə bərabər Direktorlar Şurasında Muhammad Bin Saud Universitetinin imamı Hamad Al-Majed, Shanti Ashram təşkilatının direktoru Kezevino Aram, Vatikanın Dinlərarası dialoq üzrə Pontifik şurasının üzvü Yepiskop Migel Ayuso, Konstantinopol Ekumenik Patriarxatının Ekzarxı Mitropolit Emmanuel, Rissho Kosei-kai prezidenti Kosho Niwano, Kenterberi Arxiyepiskopunun Dinlərarası məsələlər üzrə katibi, İngilis kilsəsinin Dinlərarası məsələlər üzrə məsləhətçisi Mark Poulson, Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru Baş Ravvin David Rosen, Xristian-Müsəlman dialoqu üzrə Milli Komitənin baş katibi Mohammad Sammak təmsil olunacaqlar.
Sənəddə KAICIID təşkilatının şeyxülislam Allahşükür Paşazadənin dinlərarası dialoq sahəsində malik olduğu nadir və zəngin təcrübə sayəsində Mərkəzin fəaliyyətinə önəmli töhfələr verəcəyinə inamı əminliklə vurğulanır.
Xatırladaq ki, KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin baş katibi Feysəl bin Müəmmər ölkəmizdə səfərdə olarkən Qafqaz Müsəlmanları İdarəsində şeyxülislam Allahşükür Paşazadə ilə görüşmüşdü. Həmin görüşdə baş katibi olduğu qurumun fəaliyyəti haqda ətraflı məlumat verən Feysəl bin Müəmmər QMİ sədrinin beynəlxalq nüfuzunu, habelə İslam həmrəyliyi, dinlərarası dialoq, multikulturalizm və tolerantlıq ideyalarının inkişafına verdiyi töhfələri nəzərə alaraq onun namizədliyini KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin idarə heyətinin üzvlüyünə təqdim etmək üçün şeyxülislamın razılığını xahiş etmişdi. İslam dininin ali məqsədlərinə, dinlərarası, mədəniyyətlərarası dialoq, sülh və həmrəylik ideyalarının bərqərar olmasına hər zaman xidmət etməyə hazır olduğunu bildirən QMİ sədri namizədliyinin irəli sürülməsinə razılıq vermişdi.
Məlumat üçün bildirək ki, KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Səudiyyə Ərəbistanı, İspaniya, Avstriya tərəfindən təsis olunub və Vatikan dövlətinin baş müşahidəçi kimi çıxış etdiyi beynəlxalq hökumətlərarası təşkilatdır. Qurumun əsas vəzifəsi dünyada baş verən münaqişələrin qarşısını almaq, onları aradan qaldırmaq üçün dünya səviyyəsində dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq etməkdir. Qərargahı Vyana şəhərində yerləşir. Quruma dünyanın müxtəlif ölkələrindən hər 4 ildən bir seçilən 3 müsəlman, 3 xristian, 1 yəhudi, 1 buddist və 1 induist din xadimindən ibarət direktorlar şurası başçılıq edir. Qeyd edək ki, KAICIID dünyanın aparıcı dini konfessiyalarının nümayəndələrindən ibarət direktorlar şurası olan yeganə hökumətlərarası təşkilatdır.
KAICIID Dialoq Mərkəzinin dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafı, müxtəlifliyə, ədalətə və sülhə dəyərin artırılmasına yönəlmiş missiyası 25 ölkə, beş qitədən cəlb olunan, müxtəlif mədəni və dini mənsubiyyəti olan şəxslərdən ibarət işçi heyətində öz əksini tapır. KAICIID dünyanın müxtəlif regionlarında, o cümlədən Avropa, Amerika, Afrika, Asiya, həmçinin Yaxın Şərq ölkələrində müxtəlif humanitar layihələr həyata keçirir. Həmin layihələr arasında “Avropada qaçqınlar proqramı”, “Din naminə zorakılığa qarşı birlik”, “Dinlərarası və Mədəniyyətlərarası dəstək proqramı”, habelə beynəlxalq təqaüdlü təlim proqramı və digərləri göstərilə bilər.
Beləliklə, dünya miqyasında multikulturalizm, İslam həmrəyliyi ideyalarının fəal təbliğatçısı, mədəniyyətlərarası əməkdaşlığa dair Bakı prosesinin müəllifi Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi sayəsində qlobal miqyasda mədəniyyətlərarası dialoq istiqamətində söz sahibinə çevrilən Azərbaycan daha bir beynəlxalq əhəmiyyətli təşkilatda təmsil olunacaq.
Azərbaycanın dini liderinin daha bir beynəlxalq tribunada - KAICIID Təşkilatının rəhbərliyində yer alması beynəlxalq miqyasda dinlərarası dialoq və əməkdaşlıq prosesində yaxından iştirak etmək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həlli prosesinə real töhfələr vermək baxımından təqdirəlayiq haldır və milli-mənəvi maraqlarımızın təmini işinə xidmət edəcək.
Baxış sayı: 477
Bölməyə aid digər xəbərlər
Dünən, 19:49
Milanın Çempionlar Liqasına vəsiqə qazana bilməməsindən sonra Allegrinin taleyini açıqladı
24-05-2026, 21:05
Filippo Fransaya qarşı "Rusiya təhlükəsi" olmadığını bəyan etdi
24-05-2026, 21:02
Magyar Orbanın ofisini və yataq otağını ictimaiyyət üçün açdı
24-05-2026, 20:58
Dmitriyev bildirib ki, Merz onun məsləhətinə əməl edərsə, uğur qazanacaq
24-05-2026, 16:56
Ermənistan Rusiyanın köməyi olmadan Türkiyə və Azərbaycana dəmir yolu xətlərini bərpa edəcək
21-05-2026, 18:35
Lavrov Tayland xarici işlər naziri ilə telefonda danışdı
21-05-2026, 18:19
Fiko: "AB siyasətçiləri onu Rusiyaya səfərlərinə görə tənqid edirlər, amma gizlicə bu barədə soruşurlar"
21-05-2026, 18:04
Putin və Lukaşenko nüvə qüvvələri təlimi zamanı video zəng etdilər
20-05-2026, 22:31
Tramp üçüncü müddətə prezidentliyə namizədliyini irəli sürə biləcəyini etiraf etdi
20-05-2026, 20:04
Putin və Si Cinpinin qeyri-rəsmi danışıqları bir saat yarım davam etdi
20-05-2026, 20:01
NATO Baş Katibi Ukraynanın Amerika silah təchizatı olmadan yaşaya bilməyəcəyinə inanır
18-05-2026, 19:33
Merkel bildirib ki, AB Putini qiymətləndirməməlidir
18-05-2026, 19:02
Tramp ABŞ-ın dəyərini trilyonlarla dollarla qiymətləndirir
16-05-2026, 12:51
Vüqar Rəhimzadə: "Azərbaycanın bugünkü uğurları ədalətin təntənəsidir"
15-05-2026, 08:16
Tramp: "ABŞ İranın nüvə obyektlərinə təkrar zərbələr endirə bilər"
13-05-2026, 23:50
Vens: "ABŞ İranla çox "aqressiv" diplomatik prosesə qoşulub"
13-05-2026, 16:29
Çin hakimiyyəti Rubionun ziyarətinə icazə vermək üçün onun soyadının yazılışını dəyişdirmiş ola bilər
13-05-2026, 16:20
Zaxarova: "Kallas başqasının fikirlərini dilə gətirir, başqası isə ona diktə edir"
13-05-2026, 16:16
Zaxarova Mendelin Zelenskinin narkotik asılılığı ilə bağlı dediklərinə istehza ilə şərh verdi
11-05-2026, 10:17
Netanyahu ABŞ və İsrailin Hörmüzdəki vəziyyəti səhv qiymətləndirdiyini etiraf etdi
10-05-2026, 15:37
Peskov Rusiya ilə Ukrayna arasındakı münaqişənin Ermənistana qarşı müharibə olmadığını bildirdi
10-05-2026, 15:27
Peskov: "İrəvandakı açıqlamalar Rusiya-Ermənistan münasibətləri ilə ziddiyyət təşkil edir"
10-05-2026, 15:24
"Şübhə yoxdur"- Lavrov Avropada nasizmin dirçəlişi haqqında
10-05-2026, 15:21
Uşakov atəşkəs danışıqlarını çətin adlandırdı
8-05-2026, 00:05
Rubio ABŞ-ın Kubaya qarşı yeni sanksiyaları ilə bağlı şərh verdi
7-05-2026, 21:18
"Real Madrid" oyunçusu komanda yoldaşı ilə dava etdikdən sonra xəstəxanaya yerləşdirilib
6-05-2026, 20:43
Əraqçi Pekində Vanq Yi ilə görüşüb
5-05-2026, 21:52
Kylian Mbappe azarkeşlərə görə "Real Madrid"dən ayrıla bilər
5-05-2026, 21:43
Tramp Ağ Evdəki mübahisə zamanı Zelenskinin davranışını şərh etdi
5-05-2026, 20:48
Tramp "Rusiyanı saxlamaq" üçün Avropanı raketlərdən məhrum edir
5-05-2026, 18:33
İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib
4-05-2026, 21:53
Zelenski Kiyevin AB-yə üzvlük danışıqlarına hazır olduğunu açıqladı
4-05-2026, 21:42
Lavrov Misir xarici işlər naziri Əbdüləti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
4-05-2026, 19:04
Finlandiya Rusiya sərhədinə yaxın olduqları üçün hava məkanına daxil olan dronları vurmadı
4-05-2026, 19:01
Ermənistanın Avropaya inteqrasiyası Yerevan və Tehran arasındakı münasibətlərin pisləşməsinə səbəb ola bilər
3-05-2026, 20:54
"The Guardian" Hegseth-in ən böyük qorxusu haqqında məlumat yayıb













