Bütün xəbərlər
"Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər Əliyev" mövzusunda elmi-praktiki konfrans keçirilib
Tarix: 13-03-2023 14:50 | Bölmə: Gündəm

Naxçıvan Muxtar Respublikasında "Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər Əliyev" mövzusunda elmi-praktiki konfrans keçirilib.

Bu barədə Baş Prokurorluqdan Sabaha-inamla.az-a bildiriblər.
Bildirilib ki, konfransda Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Sənan Paşayev və prokurorluğun əməkdaşları da iştirak edib.
Konfransda çıxışı zamanı Sənan Paşayev Naxçıvan MR Prokurorluğu ilə muxtar respublikada fəaliyyət göstərən vəkil qurumları arasında səmərəli və işgüzar münasibətlərin qurulmasının vacibliyini vurğulayıb, ibtidai araşdırma zamanı şəxslərə vaxtında və keyfiyyətli hüquqi yardımın göstərilməsi məqsədilə Muxtar Respublikada fəaliyyət göstərən vəkillərin sayının artırılması, bir sıra rayon mərkəzlərində vəkil bürolarının təsis edilməsi ilə bağlı təkliflər irəli sürüb.

Sabaha-inamla.az






Baxış sayı: 229


Bölməyə aid digər xəbərlər