Bütün xəbərlər
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib-VİDEO
Tarix: 09-08-2022 19:52 | Bölmə: Gündəm

İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib


Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfərə gəlib.
Sabaha-inamla.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Konya şəhərinin Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu, Konya valisi Vahdettin Özkan və digər rəsmi şəxslər qarşıladılar.
Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamladı.


              











Baxış sayı: 310


Bölməyə aid digər xəbərlər