Bütün xəbərlər
İlham Əliyev Naftalana getdi - Yenilənib
Tarix: 22-07-2021 20:33 | Bölmə: Gündəm

İlham Əliyev Naftalana getdi



Azərbaycan Prezidenti İlham Əliyev iyulun 22-də ölkəmizin qərb bölgəsinə səfəri çərçivəsində Naftalan şəhərində olub.
“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı xalqımızın ulu öndəri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
***
Prezident İlham Əliyev Naftalan şəhər hava limanı ilə tanış olub.
Dövlət başçısına hava limanı haqqında məlumat verilib. Bildirilib ki, Naftalan hava limanının tikintisinə 1975-ci ildə başlanılıb və 1977-ci ildə istismara verilib. Hava limanının fəaliyyəti 1997-ci ildə dayandırılıb. Limanın ərazisi sənəd üzrə 47 hektar, faktiki hasarlanmış ərazisi isə 58.8 hektardır. Hava limanının uçuş-enmə zolağının uzunluğu 1370 metr, eni isə 35 metrdir.
***
Prezident İlham Əliyev Naftalan Mərkəzi Sanatoriyasının açılış mərasimində iştirak edib.
Dövlət başçısına sanatoriya haqqında məlumat verilib. Bildirilib ki, köhnə avtovağzal binası sökülərək yerində 2014-cü ilin may ayında Naftalan Mərkəzi Sanatoriyasının inşasına başlanıb. Sanatoriya kompleksində tikinti işləri 2021-ci ilin yanvar ayında başa çatdırılıb.
***
Naftalan şəhərində 200 yerlik körpələr evi-uşaq bağçası istifadəyə verilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib.








Baxış sayı: 353


Bölməyə aid digər xəbərlər