23:50 / 18-03-2024
Prezident xalqı təbrik etdi
22:44 / 18-03-2024
Petr Yan sıradan çıxıb
Bütün xəbərlər
Lukaşenko İlham Əliyevin oğlundan danışdı - “Bu, onun başucalığıdır”
Tarix: 14-04-2021 23:49 | Bölmə: Gündəm

                  Lukaşenko İlham Əliyevin oğlundan danışdı


“Bizdə daha çox sayda gənclərin təhsil alması üçün nə lazımdırsa edəcəyik. Vaxt gələcək, biz Azərbaycanın təcrübəsini öyrənəcəyik”.
“Qafqazinfo” xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata açıqlamasında deyib.
Lukaşenko daha sonra fikrinə belə davam edib:
- Yaxşı ali məktəblər çoxdur, lap çoxdur. Yeri gəlmişkən, bildiyimə görə, Sizin oğlunuz da Bakıda orta məktəbi bitirib və indi ali məktəbdə oxuyur.
Prezident İlham Əliyev: Bakıda ali məktəbi bitirib, orduda xidmət edib.
Prezident Aleksandr Lukaşenko: Bunu bilirik, bu, onun başucalığıdır.
Prezident İlham Əliyev: Bakıda oxuyub.
Prezident Aleksandr Lukaşenko: Bəli, Bakıda oxuyub, yaxşı ali məktəblər var, əgər Prezident öz uşağını Bakıdakı ali məktəbdə oxudursa, deməli, bu, dəyərli ali məktəbdir. Vaxtilə biz də bunu qeyd etmişik.


Baxış sayı: 535


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı