22:37 / 16-04-2026
105 yaşında vəfat edib
Bütün xəbərlər
Tamaşa zamanı tamaşaçıların arasında pələng peyda olub
Tarix: 19-04-2026 18:28 | Bölmə: Digər


 Rostov-na-Donda sirk çadırında tamaşa zamanı tamaşaçıları qorxudan bir hadisə baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, şahidlər tərəfindən çəkilən və sosial mediada paylaşılan görüntülərə görə, pələng tamaşası zamanı arenanı tamaşaçılardan ayıran hasar qəfildən aşıb.
Heyvanlardan biri qorxaraq yıxılan hasarın üstündən tullanıb və tamaşaçıların arasında qalıb.
Şəhər ictimai qruplarında hadisə şahidlərinin verdiyi ilkin məlumata görə, hadisə nəticəsində heç kim xəsarət almayıb.
Qeyd edək ki, hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər