Bütün xəbərlər
Həmyaşıdına 50 dəfə yumruq vuran yeniyetmə mühakimə olunacaq
Tarix: 15-04-2026 21:01 | Bölmə: Digər

 Rusiya İstintaq Komitəsinin regional qərargahının məlumatına görə, Çelyabinskdə həmyaşıdını vəhşicəsinə döyən 16 yaşlı yerli sakinə qarşı cinayət işi başa çatıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, iş xuliqanlıq maddəsi ilə açılıb.
İstintaq müəyyən edib ki, bu il yanvarın 29-da Çurilovodakı parkda olarkən şübhəli 15 yaşlı tanışının başına və bədəninə ən azı 50 dəfə zərbə endirib, aerozol tapançasından oğlanın üzünə bibər qazı püskürdüb və bıçaq nümayiş etdirib.
Rusiya Federasiyasının Çelyabinsk vilayəti üzrə İstintaq Komitəsinin "MAX"da dərc etdiyi nəşrdə bildirilib
Şübhəli şəxs həbs qətimkan tədbiri seçilib.
İşə Çelyabinsk şəhərinin Traktorozavodski Rayon Məhkəməsi baxacaq.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər