15:43 / 27-10-2026
Kreml: Putin, Stubb və Störe Vitkoffla görüşlərini müzakirə etdilər
15:36 / 27-10-2026
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
15:19 / 27-10-2026
Hollandiya genişmiqyaslı hərbi münaqişəyə hazırlıq çağırışı edib
15:16 / 27-10-2026
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
15:13 / 27-10-2026
Bir sürücü təqibə rəhbərlik edərək polis əməkdaşlarına avtomatik silahla atəş açmaqla hədələyib
15:09 / 27-10-2026
Danimarka Stubb və Störenin Putinə zənglərini Avropa müttəfiqləri ilə əlaqələndirmədiyini bildirdi
09:16 / 27-10-2026
Fransa Senatları Korsikaya muxtariyyət statusu verilməsindən imtina etdi
09:13 / 27-10-2026
Ombudsman İvanovskaya: "Ukrayna tibb müəssisələri rusdilli xəstələri müalicə etməkdən imtina edir"
09:10 / 27-10-2026
Uşaq bağçasında yeddi bağırsaq infeksiyası hadisəsi aşkar edilib
09:07 / 27-10-2026
Kallas Ukraynada sərt qış olacağı barədə xəbərdarlıq etdi
09:04 / 27-10-2026
Yapon milyarderin oğlu sirli şəraitdə öldü
23:46 / 26-10-2026
Leyla və Alyona Əliyevalar “Capybara Azerbaijan”da - Fotolar
23:41 / 26-10-2026
İran Ukraynanın qonşu ölkələrdə dronlar yerləşdirdiyini açıqladı
23:39 / 26-10-2026
Silahlı dava baş verib: bir nəfər ölüb, digəri yaralanıb
21:45 / 26-10-2026
Evli cütlük tanışını meşəyə aparıb öldürdüyünə görə həbs edilib
21:42 / 26-10-2026
İran Prezidenti 8-ci GECF zirvə toplantısı üçün Moskvaya yola düşüb
21:39 / 26-10-2026
Uşakov Putinin Afrika liderləri ilə görüş cədvəlini açıqladı
21:36 / 26-10-2026
Tarix Muzeyi qayda pozuntularına görə 50.000 rubl cərimə edilib
21:34 / 26-10-2026
Pentaqon Zelenskinin "Patriot" raketlərinin çatdırılmasında gecikmələrlə bağlı şikayətlərinə cavab verib
21:31 / 26-10-2026
Rusiya iki dövrdə Afrikaya 31 milyon tondan çox taxıl tədarük edib
21:27 / 26-10-2026
Tehranda bir restoran reklamı Netanyahunun ləqəbinə bənzərliyi səbəbindən qəzəbə səbəb olub
21:19 / 26-10-2026
Səudiyyə Ərəbistanı 2027-ci ildən etibarən Sinqapur çənlərində neft saxlamağa başlayacaq
21:16 / 26-10-2026
Rusiya Voleybol Komandası 2027-ci il Dünya Çempionatında qrup mərhələsi rəqiblərini öyrənir
21:12 / 26-10-2026
Slutski Avropa Birliyini Serbiya seçkilərinə müdaxilə etməkdə günahlandırdı
21:08 / 26-10-2026
Ukrayna məhkəməsi Yuliya Timoşenkonun girov məbləğini kəskin şəkildə azaldıb
21:04 / 26-10-2026
Rusiyada saxlanılan yapon jurnalistin səhhəti yaxşıdır
21:00 / 26-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
20:56 / 26-10-2026
Britaniyalılar hökumətin müharibə elanlarından sonra radio və fənər alırlar
20:54 / 26-10-2026
Kalaşnikov: "Bəzi Avropa ölkələrinin Rusiyadan təcrid olunmaq istəyi "erməni sindromu"dur".
20:50 / 26-10-2026
16 mindən çox müştəri elektriksiz qalıb
20:48 / 26-10-2026
Karpin Rusiya Milli Komandasının noyabr oyunları üçün Batrakov və Safonovu çağırıb
09:22 / 26-10-2026
Ərəb Koalisiyası husi anbarlarına və buraxılış qurğularına zərbə endirdiyini bildirib
09:19 / 26-10-2026
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
09:16 / 26-10-2026
Orban BMT Baş Katibi vəzifəsinə namizəd olmağa çağırılır
09:13 / 26-10-2026
Yük qatarının relsdən çıxmasından sonra baş verən yanğın söndürülüb
09:11 / 26-10-2026
Keçmiş futbolçu kremasiya edildi
“Son bir ildə ərzaq məhsulları 30 faizədək bahalaşıb”
Tarix: 30-12-2021 22:31 | Bölmə: Digər
2021-ci ildə qlobal bazarda taxılın qiyməti artmaqda davam edib. Nəqliyyat xərclərinin rekord həddə yüksək olması, keyfiyyətli buğda qıtlığı fonunda koronavirusun yeni stamının ortaya çıxması səbəbindən tədarükün dayandırılması qlobal taxılın qiymətlərinin 2022-ci ilin birinci yarısında da yüksək qalacağı işarə edir.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dünyada ərzaq qiymətləri son 10 ildə ən yüksək həddə çatıb.
Son bir ildə isə ərzaq məhsulları ortalama 30 faiz bahalaşıb.
Ümumilikdə, il ərzində qiymət artımı bir çox MDB, Avropa, Asiya, Şimali və Cənubi Amerika ölkələrində müşahidə olunub və qiymətlərin yaxın gələcəkdə aşağı düşəcəyi ehtimal olunmur.
BMT-nin məlumatına görə, ərzaq qiymətlərinin kəskin bahalaşmasına artmasına tədarükün kəsilməsi, yüksək əmtəə qiymətləri, fabriklərin bağlanması və siyasi gərginlik də daxil olmaqla bir sıra amillər səbəb olur.
Ötən illə müqayisədə dənli bitkilərin qiyməti 22% artıb. Bu göstəriciyə ilk növbədə buğdanın kəskin bahalaşması təsir edib. Ən böyük ixracatçıların (Kanada, Çin və Rusiya) zəif məhsuldarlığı səbəbindən buğda təxminən 40% bahalaşıb.
Taxıl istehsal edən ölkələrdə qiymətlərin qalxması təbii ki, taxıl idxal edən ölkələrdə də taxıl və taxıl məhsullarının qiymətlərin qalxmasına səbəb olur.
Ümumiyyətlə, son illər bir çox ölkədə məhsuldarlıq üçün şərait qeyri-münbit olub. İqlim dəyişiklikləri son nəticədə dənli bitkilərin istehsal səviyyəsinin aşağı düşməsinə gətirib çıxarıb.
Aşağı gəlirli ölkələrdə yaşayan insanlar qiymət artımından daha çox təsirlənir, bu onları daha da yoxsulluğa sürükləyir.
FAO-nun Taxıl Qiymətləri İndeksi noyabrda aylıq ifadədə 3,1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 23,2% artıb. Qarğıdalının ixrac qiymətləri də bir qədər artıb, düyünün qiymətləri sabit qalıb, çörək buğdasının qiyməti isə 2011-ci ilin may ayından bəri ən yüksək həddə çatıb.
Artım xüsusilə yüksək keyfiyyətli buğdaya olan güclü tələb və məhdud təklif, habelə Avstraliyada yağıntılar və Rusiyada ixrac tədbirlərində mümkün dəyişikliklə bağlı qeyri-müəyyənliklə əlaqədardır.
Qeyd edək ki, dünya üzrə TOP-5 buğda ixrac edən ölkələr sırasına Rusiya (39,5 mln. ton), Aİ (27,5 mln. ton), Kanada (27,0 mln. ton), ABŞ (27,0 mln. ton) və Avstraliya (19,5 mln. ton) daxildir.
Taxıl tədarükü və taxıl tələbinin yeni xülasəsinə əsasən, 2021-ci ildə qlobal taxıl istehsalı 2 791 mln. ton təşkil edəcək ki, bu da yeni rekord göstəricidir və keçən illə müqayisədə 0,7% çoxdur. 2020-ci illə müqayisədə qlobal yem taxıl və düyü istehsalının müvafiq olaraq 1,4% və 0,9% artacağı, buğda istehsalının isə 1% azalacağı gözlənilir.
2021-2022 il mövsümü üçün ümumi taxıl istehlakının 1,7% artaraq 2 810 mln. tona çatacağı proqnozlaşdırılır, 2022-ci ildə mövsümlərin sonunda qlobal taxıl ehtiyatları mövsümün əvvəli ilə müqayisədə 0,9% az olacaq.
Bu, ehtiyat-istehlak nisbətini 28,6%-ə gətirəcək və FAO-nun məlumatına görə, kifayət qədər yüksək olaraq qalacaq.
2021-2022-ci il mövsümündə qlobal taxıl ticarətinə gəldikdə, FAO bu rəqəmin 0,7% artaraq 480 mln. tona çatacağını proqnozlaşdırır. Üstəlik, qlobal buğda ticarətində gözlənilən 2,2% artım qaba taxıl ticarətində ehtimal olunan azalmanı asanlıqla kompensasiya edəcək.
2022-ci ildə taxıl istehsalının inkişaf etmiş ölkələrdə 2% artacağı, inkişaf etməkdə olan ölkələrdə isə bir qədər (0,1%) azalacağı gözlənilir. Aşağı gəlirli ərzaq çatışmazlığı olan ölkələrdə istehsalın 2,4% azalacağı proqnozlaşdırılır ki, bu da Yaxın Şərq və Şərqi Afrikada əhəmiyyətli azalmanı əks etdirir.
Ərzaq məhsullarının və buğdanın qlobal bahalaşmasını şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, qiymət artımının üç mühüm fundamental səbəbi var.
Onun sözlərinə görə, ilk növbədə, dünya bazarında ərzaq və digər zəruri tələbat məhsullarının istehsalı azalıb. İstehsalın azalması xüsusən də dünya bazarına çıxarılan məhsulların həcminin azalmasına gətirib çıxarıb, nəticədə 2021-ci ildə ərzaq və istehlak məhsullarını ixrac edən ölkələr öz mallarını dünya bazarına əvvəlki illə müqayisədə daha az çıxarıb.
V. Bayramovun sözlərinə görə, digər səbəb pandemiya nəticəsində yaranan xərc olub. Burada xüsusi sərt karantin tədbirlərinin tətbiq olunduğu 2020-ci ildə şirkətlərin böyük bir qisminin fəaliyyətinin məhdudlaşdırılması, bir qisminin işləməməsi onlar üçün əlavə xərclər yaradıb. Nəticə etibarilə, həmin dövrdə yaranan xərclər indi istehsal edilən məhsulların maya dəyərinə hissə-hissə əlavə olunub ki, bu da qiymət artımına gətirib çıxarıb:
“Bununla yanaşı, pandemiya səbəbindən logistika və nəqliyyat xidmətlərinin bahalaşması müşahidə olunur, bu da təbii ki, bazara çıxarılan ərzaq və istehlak məhsullarının qiymətinin artmasına səbəb olub.
Hindistan da daxil olmaqla, istehlakçı sayı çox olan bir sıra ölkədə ərzaq məhsullarına tələbat yüksəlib, bu da qiymətlərin artmasını şərtləndirən səbəblərdən biridir. Bütövlükdə, 2022-ci ilin birinci yarısında da dünya bazarında ərzaq və istehlak məhsullarının qiymətlərində artımın davam edəcəyi gözlənilir”.
Baxış sayı: 396
Bölməyə aid digər xəbərlər