18:28 / 03-09-2026
"İl-20" təyyarəsini tutmaq üçün qırıcı təyyarələri havaya qaldırdı
18:25 / 03-09-2026
Təyyarə tualetlərin sıradan çıxması səbəbindən təcili eniş etdi
18:22 / 03-09-2026
Arvadını qətlə yetirməkdə ittiham olunan həbs edilib
18:20 / 03-09-2026
Kallas Aİ xarici siyasətinin fon der Leyen tərəfindən müəyyən edilməsindən şikayətləndi
18:13 / 03-09-2026
Almaniya Xarici İşlər Nazirliyi Rusiyadakı Höte İnstitutunun bağlanmasından təəssüfləndiyini bildirdi
18:07 / 03-09-2026
Vəkillər və Rusiya səfirliyi Norveçin Rusiya gəmisini ələ keçirməsinə qarşı etiraz aksiyası hazırlayır
17:54 / 03-09-2026
Xəsarət alan tələbəyə tibbi yardımın göstərilməsini izləyir
17:51 / 03-09-2026
Nənə iki yaşlı nəvəsini yanan evdən xilas edə bilməyib
17:49 / 03-09-2026
Rusiya ilk dəfə qırıcı təyyarələrdən buraxılan gizli dronları təqdim edəcək
17:44 / 03-09-2026
Puşkinin abidəsinin yerində Şekspir büstü qoyulub
13:13 / 03-09-2026
Ayı hücumundan möcüzəvi şəkildə xilas olub
13:10 / 03-09-2026
Putin pələnglə görüşünü bəyan edib
13:06 / 03-09-2026
Overçuk Ermənistanın Avropa İttifaqı tərəfindən aldadılacağına inanır
13:00 / 03-09-2026
Putin:"Ukraynanın səssiz Qərb müttəfiqləri terrorizmin əlaltısına çevrilir"
12:57 / 03-09-2026
Putin Rusiya ilə ABŞ administrasiyası arasında davam edən əlaqələrdən xəbər verdi
12:54 / 03-09-2026
Ata oğlundan pul qoparmaq üçün özü adam oğurluğunu təşkil edib
12:49 / 03-09-2026
İstintaq Komitəsinin rəhbəri iki oğlana hücumla bağlı hesabat tələb edib
12:46 / 03-09-2026
Putin Stiven Siqal haqqında:"Ən yaxşı sülh elçisi və Rusiyanın böyük dostu"
12:43 / 03-09-2026
İndoneziya Prezidenti Şərq İqtisadi Forumunda (ŞİF) çıxışı zamanı rus dilində danışıb
12:40 / 03-09-2026
Çin Rusiyanın Uzaq Şərqi ilə əməkdaşlığı dərinləşdirmək niyyətindədir
19:42 / 02-09-2026
Merkel Almaniya prezidenti olmaq ideyasını absurd adlandırdı
19:35 / 02-09-2026
Putin Rusiya ilə Monqolustan arasındakı münasibətləri hərtərəfli strateji tərəfdaşlıq adlandırdı
19:33 / 02-09-2026
Polşanın keçmiş baş naziri Tuskun Rusiya təhlükəsi ilə bağlı xəbərdarlıqlarından bezdiyini deyir
19:29 / 02-09-2026
Von der Leyen Ukraynadan bir neçə milyard avroluq yeni bir sorğu elan etdi
19:26 / 02-09-2026
Müəllimə hücumdan sonra dərslər adi qaydada davam edir
19:23 / 02-09-2026
Naməlum mənşəli dron aşkar edilib
19:20 / 02-09-2026
Bonndakı Rusiya Baş Konsulluğu 11 sentyabrdan etibarən Rusiya pasportlarının verilməsini dayandıracaq
19:17 / 02-09-2026
İtaliya mediası Putinin Zelenskinin təhdidlərinə sərt reaksiyasını qiymətləndirib
19:05 / 02-09-2026
Enrike İqlesiasın Astanadakı konserti üçün 34.500 bilet qalıb
19:00 / 02-09-2026
Vladimirov: "Bomba olduğu ehtimal edilən əskinas dəstəsi tapılıb"
18:56 / 02-09-2026
Bessent: "Ukraynanın Rusiya enerji obyektlərinə hücumları qlobal yanacaq qiymətlərinin artmasına səbəb olub"
18:52 / 02-09-2026
WP: Ukrayna Silahlı Qüvvələri Rusiya dronlarını ələ keçirmək üçün qırıcı təyyarələr yerləşdirir
18:47 / 02-09-2026
Ukrayna pilotsuz təyyarəsi Zaporojye bölgəsindəki xəstəxanaya zərbə endirib
18:43 / 02-09-2026
Putin Uzaq Şərqdə yeni obyektlərin açılışında iştirak edib
18:39 / 02-09-2026
Bonndakı Rusiya Baş Konsulluğunun bağlanması Dövlət Duması seçkiləri üçün seçki məntəqəsinin təşkilinə mane olur
18:36 / 02-09-2026
Almaniya xarici işlər naziri Leypsiq pilotsuz aparatı ilə bağlı Rusiyaya təzyiqin artırılmasına çağırış edir
18:27 / 02-09-2026
Almaniya Leypsiq Hava Limanında baş verən dron hadisəsində şübhəlilərin kimliyini müəyyən edib
18:23 / 02-09-2026
Macarıstan Orbanın hakimiyyətə qayıda biləcəyi bir şərt irəli sürüb
Gəncə terrorunda 2 gözünü itirən Pərvin... - Foto
Tarix: 03-06-2021 15:20 | Bölmə: Digər
Ötən ilin oktyabrında Ermənistanın Gəncəyə atdığı raket hücumu nəticəsində iki gözünü itirmiş 27 yaşlı Pərvin Qasımova dağılmış evlərinin dəyərində məbləğin onlara verilməsini, yaxud ailəsinin Bakı şəhərində mənzillə təmin edilməsini istəyir.
Bu barədə “Qafqazinfo”ya müraciət edən P. Qasımova bildirib ki, Gəncədən Bakıya müalicə məqsədilə hər dəfə gedib-gəlmək onlar üçün çətin məsələdir:
“Hər şeyimi Gəncədə itirdiyimə görə ora qayıtmaq mənim üçün ağrılı məsələdir. İki gözümü itirdiyimə görə onsuz da Bakıda Zərifə Əliyeva klinikasında müalicə alıram. Bu günlərdə mövcud duruma görə 5 ildir evli olduğum həyat yoldaşımdan öz istəyimlə boşandım. İki qızım var, böyük qızım atasıyla birlikdə qalır, balaca qızım mənimlədir. Hazırda anamla birgə Bakıda qohumumuzun evində yaşayırıq”.
Raketin atıldığı günü xatırlayan P. Qasımova qeyd edib ki, həmin vaxt ata evinə valideyninin doğum gününü qeyd etmək üçün gedibmiş: “Partlayış zamanı anamla və iki qızımla birgə xəsarətlər aldım. Anamın gözlərinə şüşə doldu və kəsiklər, yaralar aldı. Böyük qızım psixoloji sarsıntılar keçirib. Kiçik qızım xırda cızıqlarla hadisədən qurtuldu. Mənim əlimin vətəri kəsildi, iki barmağımı çətinliklə idarə edirəm. Bədənimdə qəlpə qalıb, çənəmdə sınıq var. Burnumda qırıqlar var, dişlərimin bir çoxu qırılıb. Alnımdakı yaraları əməliyyat nəticəsində aradan qaldırıblar. Ən böyük zərəri isə gözlərimdən almışam və iki gözümü itirmişəm. Sağ gözümün bərpa olunmasına bir az ümid var, amma bunu zaman göstərəcək. Anam 130 manat pensiya alır, bu pulla dolanmaq bizim üçün çox çətindir. Mənə hələ ötən ay I qrup əlillik təyin edilib. Hələ bu aydan əlilliklə bağlı pensiyanı alacağam.
Pərvin Qasımovanın erməni terrorundan əvvəlki fotosu
.jpg)
Məlum hadisədən sonra mənim müalicə və əməliyyatlarıma Heydər Əliyev Fondu və bir sıra şəxslər tərəfindən köməklik edildi. Bütün bunlara görə onlara minnətdaram. Ancaq dövlətimizdən və səlahiyyətli şəxslərdən xahiş edirik ki, bizim mənzilimizin dəyərini maddi şəkildə bizə qaytarsınlar, yaxud da Bakıda mənzillə təmin etsinlər. Mənzil atam Qasımov Nüsrəddin Cabbar oğlunun adınadır. Bizə bir müddət əvvəl Gəncədə ev tikmək üçün layihə təqdim olunmuşdu, ancaq vəziyyətimə görə ailəm bundan imtina etdi”.
“Qafqazinfo” sözügedən məsələylə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edib. Komitədən sorğumuza cavab olaraq bildirilib ki, vətəndaşın Gəncə şəhəri Əziz Əliyev küçəsi, ev 136-da dağılmış mənzilinin sahəsi 400 kv.m-dir: “Qiymətləndirmə zamanı da həmin mənzil qəzalı şəkildə qiymətləndirilib. Vətəndaşın evinin ölçüsü nəzərə alınaraq ona komitə tərəfindən individual layihə təklif edilib. Həmin ailəyə evinin ölçüsündə birə-bir mənzil tikilməli idi. Vətəndaş əvvəlcə bununla razılaşıb, amma layihə hazır olduqdan sonra imtina edib. İmtina səbəbi də vətəndaşın evinin dəyərində Bakıda mənzil istəməsi, yaxud da mənzilin qiymətləndirilərək məbləğin ona ödənilməsidir”.
Qeyd edək ki, Prezident İlham Əliyevin ötən il verdiyi sərəncama əsasən, müharibədə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb. Vətəndaş yerində evinin tikilməsindən imtina etdiyi halda sözügedən Dövlət Komissiyasına müraciət etməlidir.
Xatırladaq ki, Vətən Müharibəsi dövründə Gəncəyə Ermənistan tərəfindən ilk hücum 4 oktyabrda baş verib və bu zaman 1 mülki şəxs Əliyev Tunar Qoşqar oğlu şəhid olub, 30-dan çox mülki şəxs isə yaralanıb. Mənzillərə, obyektlərə, fərdi yaşayış sahələrinə ciddi ziyan dəyib.

Baxış sayı: 525
Bölməyə aid digər xəbərlər