11:20 / 11-06-2026
Cənubi Koreya it ətinin əvəzedicisini tapdı
11:17 / 11-06-2026
FT: AB Xarici İşlər Rəhbəri Kaja Kallas uğursuzluqlar arasında səlahiyyətlərindən məhrum edilə bilər
11:10 / 11-06-2026
Baş verən yanğında iki nəfər həlak olub, bir uşaq xəstəxanaya yerləşdirilib
11:06 / 11-06-2026
Dmitriyev Vitkoff və Kuşnerlə yenidən nə vaxt görüşəcəyini açıqladı
11:00 / 11-06-2026
Zaporojye Atom Elektrik Stansiyası tamamilə elektriksiz qalıb və ehtiyat generatorlarla işləyir
10:56 / 11-06-2026
ÇSKA qapıçısı və üç əcnəbi oyunçusu "Mirotvorça" bazasına əlavə edildi
10:49 / 11-06-2026
FİDE Rusiya Şahmat Federasiyasının üzvlüyünü dayandırdı
10:46 / 11-06-2026
Dmitriyev Rusiyanın güclü iqtisadi birlik yarada biləcəyi AB ölkəsinin adını çəkdi
10:40 / 11-06-2026
6.0 bal gücündə zəlzələ baş verib
10:36 / 11-06-2026
Rusiya Xarici İşlər Nazirliyi cinsi zorakılıq iddialarını mübahisələndirəcək
10:26 / 11-06-2026
Aeroflot yalnız ruslara sabit biletlər satmağa başlayacaq
23:46 / 10-06-2026
Prodüser Filip Kirkorovun bir konsert üçün qonorarını açıqladı
23:44 / 10-06-2026
Rusiyanın ilk ənənəvi Çin mədəniyyəti muzeyi açılıb
19:15 / 10-06-2026
Bolqarıstan Baş naziri Radev Ukraynaya silah tədarükünün dayandırıldığını təsdiqlədi
19:11 / 10-06-2026
Lavrov Ermənistanın NATO ilə artan əməkdaşlığına diqqət çəkdi
19:06 / 10-06-2026
Sərnişin avtobusu yanıb
19:04 / 10-06-2026
Mayqurov Rusiya Biatlon Birliyinin yenidən prezidenti seçildi
19:00 / 10-06-2026
KTMT ölkələri üzvlük haqqını ödəmədiyinə görə Ermənistanı cəzalandırmağı nəzərdən keçirəcəklər
18:57 / 10-06-2026
ABŞ qüvvələri gecə İranda 20 hədəfə zərbə endirib
18:53 / 10-06-2026
Stubb bildirib ki, AB ilə Rusiya arasında danışıqlar aparan rolunu axtarmır
18:50 / 10-06-2026
Fransa Ukraynanın AB-yə qoşulacağı təqdirdə Rusiya ilə müharibədən qorxur
18:47 / 10-06-2026
"Fox News" Trampın İranla bağlı qarşıdakı planlarını açıqladı
18:44 / 10-06-2026
Dövlət Duması ABŞ-ın aqressiv siyasətinə məruz qalan Kubaya dəstəyin vacibliyini qeyd etdi
18:40 / 10-06-2026
Miqrantlar üçün rüsumların artırılması qərarını düzgün qərar adlandırdı
18:36 / 10-06-2026
2026-cı ildə Rusiyada 40.000-dən çox uşaq düşərgəsi fəaliyyət göstərəcək
18:33 / 10-06-2026
Kənd təsərrüfatı firmasına edilən hücumda yaralanan üç kişidən biri xəstəxanada vəfat edib
18:25 / 10-06-2026
Vahid Dövlət İmtahanında fırıldaq etmək məktəblilər üçün şantajla nəticələnə bilər
18:17 / 10-06-2026
Rusiya və Almaniya arasında dialoq üçün şərtlər müəyyən edilib
18:11 / 10-06-2026
Üç Avropa federasiyası Rusiya milli xokkey komandasına qarşı çıxış edib
18:08 / 10-06-2026
Beş yaşlı uşaq həyətdəki yola qaçaraq çıxıb və maşın vurub
18:05 / 10-06-2026
Avropa Parlamentinin üzvləri Rusiya ilə yaxınlaşmanın tərəfdarıdırlar
23:36 / 09-06-2026
Əraqçi xarici qüvvələri İran ərazisinə yaxın əraziləri tərk etməyə çağırdı
21:34 / 09-06-2026
Ermənistanda iş adamı Karapetyanın daha iki əməkdaşı həbs edilib
21:09 / 09-06-2026
Sağlamlıq düşərgəsində uşaqlar bağırsaq infeksiyasına yoluxublar
21:03 / 09-06-2026
Rusiya Ermənistan seçkilərinin nəticələrini tanımamağı təklif edib
20:56 / 09-06-2026
Yeniyetmə "Əbədi məşəl"i təhqir etdiyinə görə mühakimə olunacaq
İMMUNİTETİ GÜCLƏNDİRMƏYİN YOLLARI-Ramiz Ələkbərov
Tarix: 25-05-2021 01:54 | Bölmə: Digər

Payız və qış fəsillərində orqanizmin immuniteti aşağı olduğu bir zamanda insan tez-tez xəstələnməyə meyilli olur və ya xəstələnir. Bəs immunitet nədir və onu necə gücləndirmək olar? İmmunitet-orqanizmin sahib olduğu bioloji müdafiədir ki, o orqanizmi xəstəliklərdən, mikroblardan və digər arzuolunmaz bioloji hücumlardan qoruyur. İmmunitet haqqında olan fikirlər min ilərdir ki, bəşəriyyətin diqqətini cəlb etmişdir. Əvvəllər elmin zəif inkişaf etdiyi dövrlərdə insanlar bir sıra epidemiyaların səbəblərini fərqli başa düşür, belə ki, yalnız fövqaltəbii qüvvələrlə əlaqələndirirdilər. İmmunitetin mexanizmi haqqında ilk geniş yayılmış nəzəriyyə fransız tədqiqatçısı Paster tərəfindən verilmişdir. Onun “tükənmə nəzəriyyəsi” bu sahədə qiymətləndirilirdi. Zaman keçdikcə bu nəzəriyə özünü doğrultmadı. Lakin buna baxmayaraq Lui Paster immunologiyanın formalaşmasında xüsusi rol oynamışdır. İmmunologiyanın bir elm kimi formalaşmasında rus alimi Meçnikovun da xüsusi xidmətləri olmuşdur belə ki, tədqiqatçı faqositoz haqqında nəzəriyyəni ilk dəfə irəli sürmüşdür. Bu prosesdə iştirak edən hüceyrələri faqositlər adlandırmışdır. Meçnikov tərəfindən immunitetin faqositar nəzəriyyəsi yaradıldı. Bundan başqa immmunologiyanın formalaşmsında Paul Erklix və Robert Koxun da xidmətləri olmuşdur. İmmunitet zəifləyibsə, immun sistemi hüceyrələrinin orqanizmi qorumaq qabiliyyəti aşağı düşübsə bu, insanı bütün xəstəliklər qarşısında aciz və çarəsiz edir. Bir sözlə, yüksək immunitet sağlamlığımızın fundamentidir və bu fundament yoxdursa, səhhətimiz yerlə- yeksan olar, həyatımız sonuna doğru yaxınlaşar. Bir daha xatırladaq ki, immun sistem insan orqanizmində iki vacib prosesə cavabdehdir: Birincisi, orqanizmi müxtəlif mənşəli infeksiyalardan (virus, bakteriya, mikrob, göbələk və s.) qoruyur. İkincisi isə öz işini başa vuran və ya zədələnən, həmçinin qocalmış hüceyrələri əvəzetmə işi ilə də məşğul olur. İmmunitetin bu işlə məşğul olan milyardlarla hüceyrəsi (makrofaqlar, faqositlər. limfositlər), immunoqlobulin zülalı və s. vardır. İmmun çatışmazlığına çox şey səbəb ola bilər, onların arasında qeyri-düzgün qidalanma, stress, mənfi emosiyalar, az hərəkətlilik, təmiz havada az olmaq, yuxusuzluq və s. önəmli yer tutur. İnsan xəstələndikdə də immunitet zəifləyir, məsələn, qrip virusları orqanizmin immun reaksiyasını tormozlayır. Havanın müxtəlif kansorogenlərlə (kimyəvi maddələr, radiasiya və s.) zəhərlənməsi də immun reaksiyaya mənfi təsir göstərir. Dünyadakı bütün xəstəliklərin 80%-i immun sisteminin işinin pozulması ilə bağlıdır. Bəs, immun çatışmazlığını necə aradan qaldırmaq və immuniteti necə gücləndirmək olar? Hazırda xəstəliklərin profilaktikası kimi immun dərmanların qəbulu da az qala “dəbə” düşüb. İmmunoloqlar belə dərman preparatlarının təsir gücünü iki növə ayırır ki, onların həm müsbət, həm də əlavə təsirləri vardır. Həkimlərin bir çoxu immuniteti gücləndirmək üçün onun işini stimullaşdırmağı tövsiyə edirlər. İmmunostimulyatorlar - adından da göründüyü kimi immun hüceyrələrinin çoxalmasını stimullaşdırırlar. Qrip olarkən ağır infeksiya xəstəliklərində, həmçinin taqəti tükənən və tet-tez xəstələnən insanlar üçün bu stimullaşdırıcı preparatlar əvəzedilməzdir, onların zəifləmiş immun sistemini gücləndirmək üçün ehtiyacı vardır. Lakin bu xüsusiyyət immun hüceyrələrinin artımı autoimmun xəstəliklərində revmatoid artrit, şəkərli diabetdə insulin aslılığı, diffuziyalı toksik zobda, autoimmun tireoiditdə, sklerozda və hətta broxial astmanın müxtəlif formalarında fəsadlara səbəb ola bilər. Bu xəstəliklərdə immun sistemi doğma toxumaları yad sayır və onları məhv etməyə başlayır. Ümumiyyətlə, stimullaşdırma və immuniteti nəzarətsiz qaldırma orqanizm üçün çox təhlükəlidir. Məsələn, təsəvvür edin ki, çox yorulmuş ata minmisiniz, o, nəinki dördnala çapmaq istəyir, hətta ayaqlarını yerdən qaldırmağa belə taqəti yoxdur. Siz isə onu qamçılayırsınız və onu yeriməyə məcbur edirsiniz: Hazırda bir çox adamlar yalnız immun çatışmazlığından yox, həm də onun güclü qalxmamasından şikayətlənirlər. Bu isə o deməkdir ki, immun hüceyrələri yalnız “yadlar”la (virus, bakteriya, mikrob) deyil, orqanizmin doğma hüceyrələri ilə də savaşırlar. Yəni immunitet yüksək olduqda doğmanın “özgə” sayılması, yəni autoimmun prosesi baş verir və bu immunodefisitdən heç də az təhlükəli olmayan xəstəliklərə səbəb olur. Beləliklə, aşağı düşən və ya yuxarı qalxan immunitet tənzimlənməyən immunitetdir. İmmunitetin normal işləməsi üçün yeganə düzgün qərar onun işinin tam tənzimlənməsidir. Yəni, əsas balansı qorumasıdır. İmmunomodulyatorlar seçim etməklə, immun sisteminin işini tənzimləyir və dəyişirlər. Yəni əgər immunitet zəifləyibsə, immunomodulyatorlar onu gücləndirir, immun hüceyrələrin yüksək fəallığında isə (autoimmun xəstəliklər və şişlərdə) onların hərəkətini sıxışdırır, təzyiq altında saxlayırlar. Normal immun status zamanı modulyatorlar praktiki olaraq immun sisteminə heç bir təsir göstərmirlər. Aydındır ki, immunoterapiyada immun sisteminin müalicəsində üstünlük məhz immunomodulyatorlara verilir. Özü də bir çox bitkilər eyni zamanda immun reaksiyalarını stimullaşdırıcı və zəiflədici maddələrə malikdirlər. Ən məşhur bitki immunomodulyatorları - jenşen, eleuterokokk, exinaseya, aloe (əzvay), kalanxoe, çaqa göbələyi, bal, propolis (vərəmum) - və sarımsaq hesab edilir. Bu məhsullar allergiyanın müxtəlif formalarından əziyyət çəkən insanlar üçün məsləhət görülmürlər. Bundan başqa, bronxial astması olanlar propolis və sarımsağı ehtiyatla yeməlidirlər. Uzunmüddətli və nəzarətsiz immunostimulyator qəbulu nəticəsində orqanizm interfronların hazırlanmasını dayandırır. İnterfron orqanizm üçün əsas “qoruyucu” maddədir. İmmun sistem olmasa, bakteriya və viruslarla mübarizə aparıla bilməz. Payız və qış aylarında xəstəliklərə qarşı mübarizə aparmaq üçün həm bitki və həm də kimyəvi dərmanlara daha çox ehtiyac duyulur. İnsan qanı əsasında yaradılmış immunpreparatlar yüksək səviyyədə interferon hazırlanmasına hesablanmışdır. İnterefron zülalı həm virusların çoxalmasının qarşısını alır, həm də immunostimulyator rolunu oynayırlar. İmmun dərmanlarının qeyridüzgün qəbulu fəsadlar verə bilər. Digər tərəfdən isə təbii vasitələr nə qədər yumşaq təsir göstərsələr də unutmaq olmaz ki, onlar da dərmandırlar. Başa düşmək lazımdır ki, immun sisteminin profilaktikası üçün onun “qamçılanmağa” ehtiyacı yoxdur. Ona kömək etmək, gerçəkdən də zəifləyibsə, stimullaşdırmaq lazımdır. Qalan vaxtlardasa sağlam həyat tərzi və vitamin qəbul etmək yetərlidir. Aşağıdakı reseptlə immuniteti gücləndirmək mümkündür: Bu reseptin vətəni Almaniyadır və onu “qızıl resept” adlandırmışlar. Cövhər üç güclü inqrediyentlərdən: zəncəfil, sarımsaq və limondan ibarətdir. Bitkilərin hər biri özlüyündə çox faydalıdır, amma onlar birləşəndə daha böyük möcüzələr yarada bilir. Sarımsaq güclü fitonsid olub, antiseptik və antibakterial xüsusiyyətləri ilə tanınır. Tərkibində çoxlu mikroelementlər: natrium, kalium, kalsium, sink, fosfor və mis vardır. Bundan başqa, sarımsaq C, B6 vitaminləri və manqanla da zəngindir. Zəncəfil təbii antioksidant mənbəyi kimi tanınır. Həmçinin o, həzm problemlərindən əziyyət çəkən insanlar üçün çox faydalıdır. Zəncəfil heyrətamiz xüsusiyyətlərə malik olan bitki hesab edilir. Belə ki, tərkibinə daxil olan maddələr yoğun bağırsaq xərçənginin profilaktika və müalicəsi üçün effektiv vasitədir. Nəhayət limon C vitamin mənbəyi (anbarı) hesab olunur. Limon orqanizmin ümumi vəziyyətinə müsbət təsir göstərir, immun reaksiyaları, mübadilə proseslərini, sürətləndirir və eyni zamanda tarazlaşdırır. Limon, zəncəfil və sarımsaq qarışığı arteriyal təzyiqlə (hipertoniya) mübarizədə gözəl və səmərəli vasitədir. Bu məcunun hazırlanması üçün 4 ədəd limon, 4 diş sarımsaq, sürtgəcdən keçirilməli və üzərinə 2 xörək qaşığı zəncəfil və 2 stəkan su əlavə etmək lazımdır. Limon və zəncəfil ehtiyatla yuyulur. Limon qabığı ilə birlikdə doğranılır. Sonra sarımsaq və zəncəfil təmizlənir və birlikdə blenderdən keçirilir. Qarışıq qazana tökülür və üzərinə 1,2 litr adi bulaq suyu əlavə edilir. Qarışıq qaynayana qədər daim qarışdırılır. Qaynayana yaxın məhlul şüşə bankaya süzülür və soyuducuda saxlanılır. Hazırlanmış məhlul səhər yeməyinə 2 saat qalmış acqarına 1 stəkan içilir. Müalicə kursu üç həftə ərzində davam etdirilməlidir. Zövq üçün içkiyə bal da əlavə etmək olar! Sonra bir həftə fasilə verməklə müalicəyə yenidən başlamaq mümkündür. Bu cövhər qan təzyiqini tənzimləməyə, sabitləşdirməyə, ümumi vəziyyəti yaxşılaşdırmağa, immuniteti möhkəmləndirməyə və qısa müddətdə damarları təmizləməyə kömək edəcəkdir!
Ramiz Ələkbərov,
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun
İnnovasiya və elmi-istehsalat şöbəsinin rəhbəri,
biologiya üzrə fəlsəfə doktoru, dosent
Baxış sayı: 566
Bölməyə aid digər xəbərlər