Bütün xəbərlər
"Spartak" azərbaycanlı futbolçu ilə yollarını ayırdı
Tarix: 11-05-2021 22:21 | Bölmə: Digər

       "Spartak" azərbaycanlı futbolçu ilə yollarını ayırdı


Rusiyanın “Spartak” klubu azərbaycanlı futbolçu Ayaz Quliyevlə yollarını ayırıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Xəbərdə Ayazla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi diqqətə çatdırılıb. Lakin paytaxt klubu hələ bu barədə rəsmi açıqlama yaymayıb.
Ayaz 2019-cu ilin yanvarından “Spartak”da çıxış edirdi. 24 yaşlı futbolçu bu mövsüm Moskva klubu ilə rəsmi oyuna çıxmayıb.



Baxış sayı: 509


Bölməyə aid digər xəbərlər