Bütün xəbərlər
Növbəti lisenziya Rafiq Hüseynovdan gəldi
Tarix: 09-05-2021 01:50 | Bölmə: Digər

                    Növbəti lisenziya Rafiq Hüseynovdan gəldi


Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dünya Olimpiya Təsnifat Turnirində yarımfinal görüşünə çıxıb.
"Qafqazinfo" xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan idmançımız bu mərhələdə Viktor Nemesə (Serbiya) 4:1 hesabı ilə qalib gələrək finala çıxıb. Bununla da, o, Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqəni təmin edib.
Qeyd edək ki, bu, Azərbaycanın yunan-Roma güləşində 2-ci lisenziyası olub. Daha əvvəl İslam Abbasov (87 kq) martda Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Avropa Təsnifat turnirində olimpiadaya qatılmaq hüququ əldə edib.


Baxış sayı: 267


Bölməyə aid digər xəbərlər