22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Sumqayıtda gənclər üçün “Layihə yazılışı və İdarə edilməsi” mövzusunda treyninq keçirildi
Tarix: 23-04-2021 23:50 | Bölmə: Digər


     Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin, Sumqayıt Tələbələri İctimai Birliyinin və Sumqayıt Könüllü Cəmiyyətin birgə təşkilatçılığı ilə beynəlxalq təlimçi Ramil Süleymanovun təqdimatında “Layihə yazılışı və İdarə edilməsi” mövzusunda iki günlük treyninq keçirilib.


    Zoom platformasında keçirilən treyninqin məqsədi 2017-2021-ci illərdə” Dövlət Proqramından irəli gələn məsələlərin həlli istiqamətində layihə yazılışı, idarə edilməsi və hesabatının hazırlanması üzrə gəncləri bilikləndirmək və gənclərin sahibkarlıq bacarıqlarını inkişaf etdirilməkdir.       
    Treyninqdə gənclərə layihə anlayışı nədir, problemin təsviri, layihənin məqsədi, vəzifələri və uğur göstəriciləri, layihədən faydalananlar və hədəf qrupları, görüləcək işlər, icra müddəti və icra planı, gözlənilən nəticələr, layihənin monitorinqi və davamlılığı mexanizmi barədə peşəkar biliklər verilmişdir.
    Təlim prosesində iştirakçılarla praktik məşğələlər aparılmış, iştirakçıların sualları cavablandırılmışdır.
    Sonda fəal gənclərə sertifikat və hədiyyələr təqdim edilmişdir.


Sabaha-inamla.az




Baxış sayı: 300


Bölməyə aid digər xəbərlər