Bütün xəbərlər
İsraildə küçədə maska taxmaq tələbi ləğv edildi
Tarix: 18-04-2021 13:43 | Bölmə: Digər

                  İsraildə küçədə maska taxmaq tələbi ləğv edildi


Bu gündən İsraildə küçədə tibbi maska taxmaq tələbi ləğv edilib.
"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölkədəki koronavirusa yoluxma səviyyəsinin azalması ilə əlaqədar olaraq küçədə qoruyucu maskalar taxma tələbini ləğv edilib. 
Nazirlik eyni zamanda açıq görüşlərdə qoruyucu maskalardan istifadə etməyi tövsiyə edib.


Baxış sayı: 259


Bölməyə aid digər xəbərlər