22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Avropa çempionatı: Dadaş Dadaşbəyli qızıl medal qazandı
Tarix: 10-04-2021 23:30 | Bölmə: Digər



Azərbaycanın daha bir ağırlıqqaldıranı Rusiyanın paytaxtı Moskvadakı Avropa çempionatında qızıl medal qazanıb.

Fanat.Az xəbər verir ki, 102 kq çəki dərəcəsində mübarizə aparan Dadaş Dadaşbəyli birdən qaldırmada 177 kq-ı başı üzərinə qaldırıb və bütün rəqiblərini üstələyərək birinci yeri tutub.

Təkanla qaldırmada 202 kq ağırlığın öhdəsindən gələn idmançı bu hərəkətdə 7-ci olub.

Ümumilikdə 279 kq (177+202) nəticə göstərən Dadaşbəyli yekun sıralamada bürünc medala sahib çıxıb.

Yığmanın digər üzvü Əliş Nəzərov toplam 315 kq (141+174) nəticə ilə 13-cü yerlə kifayətlənib.

Qeyd edək ki, Avropa çempionatına aprelin 11-də yekun vurulacaq. Daha əvvəl Boyanka Kostova (59 kq) Avropa çempionatını iki qızıl və bir bürünc medalla başa vurub.



Baxış sayı: 377


Bölməyə aid digər xəbərlər