22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Pfizer” 12-15 yaş arası uşaqlara da vurula bilər
Tarix: 10-04-2021 11:28 | Bölmə: Digər

                   “Pfizer” 12-15 yaş arası uşaqlara da vurula bilər


ABŞ əczaçılıq şirkəti “Pfizer” və alman biotexnoloji şirkəti “BioNTech” birlikdə 12-15 yaş arası uşaqlara peyvənd vurulması barədə ABŞ Qida və Dərman İdarəsinə (FDA) müraciət edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Pfizerin” sosial şəbəkə hesabında məlumat yayılıb. Qeyd edilib ki,  2021-ci il tədris ili başlamazdan əvvəl 12-15 yaş qrupuna peyvənd vurulacağına ümid olunur.
Qeyd edək ki, 12-15 yaş arası uşaqlar üzərində “Pfizer/BioNTech” peyvəndinin klinik sınaqlarının nəticələri ötən ay açıqlanıb.
Vaksin 16 yaşdan yuxarı insanlarda təcili istifadə üçün təsdiq edilib.




Baxış sayı: 293


Bölməyə aid digər xəbərlər