Bütün xəbərlər
Dünyanın ən böyük kassasız mağazası açıldı – VİDEO
Tarix: 03-03-2021 01:16 | Bölmə: Digər


Çinin Şanxay şəhərində dünyanın ən böyük “kassasız” mağazası açılıb.
“Haber Global”ın məlumatına görə, 370 kvadrat metrlik sahəni əhatə edən “AiFi” şirkətinə məxsus avtonom alış-veriş mərkəzində satıcılar və kassirlər yoxdur. Mağazaya daxil olan alıcılar istədiyi məhsulları götürərək oranı tərk edə bilərlər. İçəridə quraşdırılmış 200 ədəd ağıllı kamera alıcıların bütün hərəkətlərini müşahidə edir və seçilmiş məhsulları vahid virtual səbətə toplayaraq, yekunda onların sahibinə rəqəmsal çek göndərir. Prosesi reallaşdırmaq üçün alıcıların mobil cihazında “AiFi” tətbiqinin olması mütləqdir.  
Qeyd edək ki, son illərdə “Amazon Go” avtomatik mağazalarının işə düşməsilə “kassasız” alış-veriş mərkəzlərinin rahatlığı məsələsi gündəmə gəlib. Lakin “Amazon”dan fərqli olaraq, Çində bu ideyanı həyata keçirən qurum pərakəndə satış şəbəkəsi yox, rəqəmsal həllər istahsalçısı olan bir şirkətdir.

Oxu.az

                   



Baxış sayı: 311


Bölməyə aid digər xəbərlər