18:28 / 03-09-2026
"İl-20" təyyarəsini tutmaq üçün qırıcı təyyarələri havaya qaldırdı
18:25 / 03-09-2026
Təyyarə tualetlərin sıradan çıxması səbəbindən təcili eniş etdi
18:22 / 03-09-2026
Arvadını qətlə yetirməkdə ittiham olunan həbs edilib
18:20 / 03-09-2026
Kallas Aİ xarici siyasətinin fon der Leyen tərəfindən müəyyən edilməsindən şikayətləndi
18:13 / 03-09-2026
Almaniya Xarici İşlər Nazirliyi Rusiyadakı Höte İnstitutunun bağlanmasından təəssüfləndiyini bildirdi
18:07 / 03-09-2026
Vəkillər və Rusiya səfirliyi Norveçin Rusiya gəmisini ələ keçirməsinə qarşı etiraz aksiyası hazırlayır
17:54 / 03-09-2026
Xəsarət alan tələbəyə tibbi yardımın göstərilməsini izləyir
17:51 / 03-09-2026
Nənə iki yaşlı nəvəsini yanan evdən xilas edə bilməyib
17:49 / 03-09-2026
Rusiya ilk dəfə qırıcı təyyarələrdən buraxılan gizli dronları təqdim edəcək
17:44 / 03-09-2026
Puşkinin abidəsinin yerində Şekspir büstü qoyulub
13:13 / 03-09-2026
Ayı hücumundan möcüzəvi şəkildə xilas olub
13:10 / 03-09-2026
Putin pələnglə görüşünü bəyan edib
13:06 / 03-09-2026
Overçuk Ermənistanın Avropa İttifaqı tərəfindən aldadılacağına inanır
13:00 / 03-09-2026
Putin:"Ukraynanın səssiz Qərb müttəfiqləri terrorizmin əlaltısına çevrilir"
12:57 / 03-09-2026
Putin Rusiya ilə ABŞ administrasiyası arasında davam edən əlaqələrdən xəbər verdi
12:54 / 03-09-2026
Ata oğlundan pul qoparmaq üçün özü adam oğurluğunu təşkil edib
12:49 / 03-09-2026
İstintaq Komitəsinin rəhbəri iki oğlana hücumla bağlı hesabat tələb edib
12:46 / 03-09-2026
Putin Stiven Siqal haqqında:"Ən yaxşı sülh elçisi və Rusiyanın böyük dostu"
12:43 / 03-09-2026
İndoneziya Prezidenti Şərq İqtisadi Forumunda (ŞİF) çıxışı zamanı rus dilində danışıb
12:40 / 03-09-2026
Çin Rusiyanın Uzaq Şərqi ilə əməkdaşlığı dərinləşdirmək niyyətindədir
19:42 / 02-09-2026
Merkel Almaniya prezidenti olmaq ideyasını absurd adlandırdı
19:35 / 02-09-2026
Putin Rusiya ilə Monqolustan arasındakı münasibətləri hərtərəfli strateji tərəfdaşlıq adlandırdı
19:33 / 02-09-2026
Polşanın keçmiş baş naziri Tuskun Rusiya təhlükəsi ilə bağlı xəbərdarlıqlarından bezdiyini deyir
19:29 / 02-09-2026
Von der Leyen Ukraynadan bir neçə milyard avroluq yeni bir sorğu elan etdi
19:26 / 02-09-2026
Müəllimə hücumdan sonra dərslər adi qaydada davam edir
19:23 / 02-09-2026
Naməlum mənşəli dron aşkar edilib
19:20 / 02-09-2026
Bonndakı Rusiya Baş Konsulluğu 11 sentyabrdan etibarən Rusiya pasportlarının verilməsini dayandıracaq
19:17 / 02-09-2026
İtaliya mediası Putinin Zelenskinin təhdidlərinə sərt reaksiyasını qiymətləndirib
19:05 / 02-09-2026
Enrike İqlesiasın Astanadakı konserti üçün 34.500 bilet qalıb
19:00 / 02-09-2026
Vladimirov: "Bomba olduğu ehtimal edilən əskinas dəstəsi tapılıb"
18:56 / 02-09-2026
Bessent: "Ukraynanın Rusiya enerji obyektlərinə hücumları qlobal yanacaq qiymətlərinin artmasına səbəb olub"
18:52 / 02-09-2026
WP: Ukrayna Silahlı Qüvvələri Rusiya dronlarını ələ keçirmək üçün qırıcı təyyarələr yerləşdirir
18:47 / 02-09-2026
Ukrayna pilotsuz təyyarəsi Zaporojye bölgəsindəki xəstəxanaya zərbə endirib
18:43 / 02-09-2026
Putin Uzaq Şərqdə yeni obyektlərin açılışında iştirak edib
18:39 / 02-09-2026
Bonndakı Rusiya Baş Konsulluğunun bağlanması Dövlət Duması seçkiləri üçün seçki məntəqəsinin təşkilinə mane olur
18:36 / 02-09-2026
Almaniya xarici işlər naziri Leypsiq pilotsuz aparatı ilə bağlı Rusiyaya təzyiqin artırılmasına çağırış edir
18:27 / 02-09-2026
Almaniya Leypsiq Hava Limanında baş verən dron hadisəsində şübhəlilərin kimliyini müəyyən edib
18:23 / 02-09-2026
Macarıstan Orbanın hakimiyyətə qayıda biləcəyi bir şərt irəli sürüb
Ərdoğanın ustadı Azərbaycanlı şeyx Məhəmməd Zahid Kotku
Tarix: 03-03-2021 00:15 | Bölmə: Digər
Savaş mücahidi
Məhəmməd Zahid, 1897-ci ildə Bursada dünyaya gəlmişdi. İlk təhsilini Bursada, Orucbəy adına məktəbdə alan Məhəmməd Zahid, daha sonra Maksəmdə məktəbi bitirmişdir. Ardından Bursa İncəsənət məktəbinə qəbul olunsa da I Dünya müharibəsinin başlanması ilə 18 yaşında cəbhəyə yollanmışdır. Əsgəri xidməti zamanı təhlükəli döyüşlərdə iştirak etmişdir. Osmanlı ordusunun Suriyadan çəkilməsindən sonra böyük bir əziyyətlə İstanbula gələrək 1914-cü ilin İyul ayından etibarən 25-ci hərbi hissədə katib vəzifəsində işləyərək əsgərliyinə davam etdirmişdir. İstanbulda qaldığı müddətdə müxtəlif dini məclislərdə, xüsusi dərslərdə və məscidlərdəki xütbələrdə iştirak etmişdir. 1915-ci ildə İstanbulda, Gümüşxanəvi dərgahına gedərək Dağıstanlı Şeyx Ömər Ziyaəddinindən dərs almışdır.
Gümüşhanəevi təkkəsinin Şeyxi Ömər Ziyaəddin Dağıstanlı kimdir?

Ziyaəddin Dağıstanlı son dövr Osmanlı alim və vəlilərindəndir. 1849-cu ildə Dağıstanda, Çerkaya bölgəsinin Miatlı kəndində doğulub. Gənçliyində Şeyx Şamil və onun oğlu Qazi Məhəmmədin dəstəsində ruslara qarşı illərcə cihadda iştirak etmişdir. Sonra İstanbula gəlib, təhsilini tamamlayıb. Bundan sonra Gümüşhaneli Ahmed Ziyaeddin Əfəndinin dərgâhının üçüncü xəlifəsi olaraq irşad vəzifəsinə gətirilmişdir. Həyatının sonuna qədər bu vəzifədə qalmışdır. Şeşxülislamlıq təklif edilsə də qəbul etməmişdir. Ərəb, fars, rus, ləzgi dillərini Orta Asiya türk xalqlarının şivələrini bilirdi. 1921-ci ildə İstanbul vəfat edib. Qəbri Süleymaniyyə Camisinin hazirəsindədir.
Məhəmməd Zahid Əfəndi Şeyxin vəfatından sonra onun yerinə keçən Təkirdağlı Mustafa Feyzinin dini məclislərinə davam etdi və təsəvvüf yolunda təhsilini tamamlayıb icazət aldı. Ardından Bəyazid, Fateh və Ayasofiya məscidlərində oxudu, Quranı əzbərlədi. Bir müddət sonra şeyxin razılığı ilə müxtəlif qəsəbə və kəndlərdə din müəllimi kimi işləməyə başladı.
Məhəmməd Zahid Əfəndi Kotku oldu

Türkiyyə Cümhuriyyətinin Prezidenti Qazi Mustafa Kamal Atatürkün 21 iyun 1934 –cü il tarixdə qəbul etdiyi “Soyad” Qanununa əsasən, şəkili İbrahim Əfəndinin oğlu Məhəmməd Zahid Kotku soyadını götürmüşdür. Kotkunun mənası təvəzökar anlamına gəlir.
1929-cu ildə anadan olduğu Bursa şəhərinə qayıdan Məhmməd Zahid Kotku 15 il boyunca atasının imam olduğu İzvat kəndinin məscidində imamlıq etdi. Ardından Bursa şəhər mərkəzindəki Uftadə Məscidinə imam seçildi və 1945-1952-ci illərdə həmin vəzifədə çalışdı. 1952-ci ilin Dekabr ayında İstanbula gələn Məhmməd Zahid Kotku Fateh qəsəbəsindəki Çivizadə məscidinə imam təyin olunmuşdur. 1958-ci ilin oktyabr ayından ömrünün sonunadək Fateh qəsəbəsindəki İskəndər Paşa məscidinin imamı vəzifəsini icra etdi.
Ömrünün son illərini xəstəlikdən əziyyət çəkən Məhəmməd Zahid Kotku 1979-cu ildə uzun müddət yaşamaq üçün Hicaza(Ərəb yarımadası) getsə də 1980-ci ilin fevralında səhəttində yaranmış ağırlaşma ilə əlaqədar qayıtmaq məcburiyyətində qalmışdır. 7 mart 1980-ci ildə mədəsindən ağır bir cərrahi əməliyyat keçirmiş, tədricən yaxşılaşmış və həmin ilin Ramazan oruclarını bütün ay boyunca tutmuşdur. Həcc mövsümündə isə yenidən Hicaza qayıtmışdır. Həccdən döndükdən sonra təkrar xəstələnmiş, 1980-ci il noyabrın 6-da böyük çətinliklə İstanbula qaytmış, bir həftə sonra, noyabrın 13-də vəfat etmişdir. İstanbulda, Süleymaniyyə məscidinin qəbristanlığında, müəllimlərinin yanında dəfn olunmuşdur.
Elmi irsi, şəxsi keyfiyyətləri

Məhəmməd Zahid Kotkunun xütbələrini onun elmi irsinin ən vacib komponentlərindən hesab olunur. Bundan beş cildlik “Təsəvvüfi Əxlaq” adlı əsəri ilə bərabər “Dua Məcmuəsi”, “Cənnət Yolları” və “Möminlərə Moizələr” adlı əsərləri vardır. Şəxsi keyfiyyətlərinə gəlincə, Məhəmməd Zahid Kotku gülərüzlü, şəfqətli, təvəzökar bir şəxs kimi xarakterizə edilir. Heç kimin qəlbini qırmaz, dəqiq bildiyi bir məlumatı belə ilk dəfə eşidirmiş kimi böyük həvəslə dinləyərmiş. Söhbətləri xoş, xütbələri çox həyəcanlı keçərmiş. Tanıyıb tanımadığı adamlara salam verərmiş. Heç kimdən bir başa bir şey istəməz, üstü örtülü ifadə edərmiş. Gecə və gündüz ibadətlərini diqqətlə yerinə yetirər, tələbələrinə də məsləhət görərmiş.
Məhmməd Zahid Kotku ömrünün sonuna qədər Türk siyasətinə yön verən şəxsiyyətlərdən biri olmuşdur. O, heç vaxt Türkiyənin mədəni, iqtisadi və siyasi problemlərinə biganə qalmamışdır. Müsəlmanların güclü ola bilmələri üçün mütləq sənayeləşməyə ehtiyac olduğunu hər söhbətində söyləyirmiş: “Bu qapının önündəki əcnəbi istehsalı olan avtomobillər məni narahat edir. O avtomobillərin yerinə fabriklər, zavodlar inşa olunsa və vətəndaşlarımıza iş imkanları yaradılsaydı əcnəbilərin köləsi olmazdıq” deyirmiş.
Məhməd Zahid Kotkunun söhbətlərində iştirak edən və onun məclislərində feyziyab olan Türk siyasətçiləri, bürokratları, millət vəkilləri vardı. Bunlar içində Türkiyə cumhuriyyətinin 8-ci prezidenti Turqut Özal, 9-cu prezidenti Süleyman Dəmirəl, keşmiş baş nazir Nəcməddin Ərbakan, keçmiş nazirlərdən Qorqud Özal, Hüsnü Doğan, Həsən Aksay kimi siyasətçilərinin adlarını çəkmək olar. Məhməd Zahid Kotkunun onlar üzərində böyük təsir gücü olmuşdur. Turqut Özalın da olduğu bir məclisdə yanındakılara belə demişdi: “Bu mühəndislərə kömək edin. Bunlar irəlidə Türkiyəni dəyişdirəcək, inkişaf etdirəcəkdirlər”.
Turqut Özalin ustadi və sənayeləşmənin təbliğatçisi

Türkiyənin prezidenti olmuş Turqud Ozalın qardaşı Qorqud Özal qeyd edirdi: “Turqut bəy, Məhməd Zahid Kotkunun tələbəsi olmuşdu. Tanışlıqları 1960-cı illərdən başlayırdı. Çox yaxın münasibətləri vardı”.
Türkiyənin yerli mühərrik fabrikinin qurulmasının təbliğ edən bir şeyx düşündükcə cəmiyyətdə yaradılmış “din adamı” obrazını dağıdan Məhəmməd Zahid Kotku gəlir gözlər önünə. 1956-cı ildə xütbədəykən “evdə əlimə toplu iynə kutusu aldım, baktım yabancı malı… Daha bir iynə düzəldə bilməyəcəyikmi?” deməsi üzərinə cammat hərəkətə keçmiş və Nəcməddin Ərbakanın öncüllüyündə sonraları adı Pancar Motora olacaq Gümüş Motor Fabriki qurulmuşdur. Gümüş adı M.Z.Kotkunun dərs aldığı Gümüşhanevi Təkkəsindən götürülmüşdür.

Türkiyənin iqtisadi asılılığının mədəni asılılığa səbəb olacağını vurğulayan M.Z.Kotku mədəni asılılığın ağlagəlməz deqredasiyaya səbəb olcağını söyləyirdi. Qərbin əsarətindən qurtarmaq üçün müsəlmanların birləşməsini söyləyirdi. “Təşşəbüslər, şirkətləşərək həyata keçirilərsə, daha uzunmüddətli daha güclü və daha gözəl olar” deyirdi. Milli sənayenin qurulmasını təbliğ edən bir şeyx düşünün Professor Nazif Gürdoğan, Görünməyən Universitet adlı kitabında aşağıdakıları qeyd edir: “Dəyərli üstad ölkənin Osmanlıdan Türkiyə Cümhuriyyətinə keçməsinin canlı şahidi idi. Bir çox problemləri açıqca görürdü. Türkiyənin istehsalatda geri olduğunu söyləyirdi. Türkiyənin sənaye ölkəsinə çevrilməsinin labüdlüyünü anladırdı. Anadolu insanına böyük düşünməyi o öyrətmişdi.”

Türk siyasətinin mühüm simalarından Nəcməddin Ərbakanın da Məhməd Zahid Kotku ilə yaxın dostluq əlaqələri vardı. Ərbakan, onu çox sevər, dərin hörmət göstərirmiş. 1980-ci ildə Türkiyədə hərbi çevrilişdən sonra Nəcməddin Ərbakan həbsə atılmışdı. O günlərdə Məhməd Zahid ağır xəstə idi. Hocanın vəfat etdiyini duyan Ərbakan səssiz gözyaşlarına qərq olmuşdu. Hocanın cənazə mərasimində iştirak etməsi üçün həbsxana müdiriyyətindən icazə istənmiş, fəqət qəbul olunmamışdı. Bu, Ərbakanı daha da üzmüş və hönkürtü ilə ağlamışdı.
Türkiyənin içtimai-siyasi həyatında dərin izləri olan böyük İslam alimi Məhməd Zahid Kotkunun xatirəsi bu gün də Türkiyədə ehtiramla yad olunur. Hər il onu anma mərasimləri, xatirə gecələri keçirilir. Ümumiyyətlə baxdıqda, bir sıra dini təriqətlərin mövcud olduğu Türkiyədə Məhməd Zahid Kotku yolu bu gün də Türk siyasətində özünü açıq şəkildə hiss etdirməkdədir.
Şeyx Məhəmməd Zahid Kotku
Məhəmməd Zahid Kotkunun vəfatında bir həftə öncə, Həcddən dönərkən Mədinədə söylədiyi bu sözlər “Dünyada hər şey boş, pul da boş, kitap da boş, dəvrişlik də boş, şöhrət də boş. Mühüm olan yaxşı bir qul ola bilməktir. İnsan bunu səksən yaşından sonra anlıyor. Nə dərvişlik nə şeyxlikdə iş yok. İş, Allahın rızasını qazana bilməktə. İş, Allaha sevgili qul ola bilməktə.” Hər kəsi həyacanlandırmış və düşünməyə sövq etmişdir.

Sevda Quşun Qanadında kinosunda 1968-1970-ci illlərdə Türkiyə həyatında baş verən ictimai sosial mədəni hadisələri sevgi hekayələri fonunda verən ssenari müəllifi. O dövrün epoxasını canlandırmağa çalışır. Filimdə eyni zamanda, bugünkü iqtidarın fikir ataları Məhəmməd Zahid Kotku, Sami Əfəndi, Nəcib Fazil Kısakürək, Sezai Karakoç, Cemil Meriç, Şule Yüksel Şenler ve Nəcməddin Ərbakan kimi böyük siaysət və fikir adamları ilə bərabər cammat liderlərinin də fəaliyyəti öz əksini tapmışdır.

Kinoda “Ustad” Necip Fazıl Kısakürək , “Parkalı” Deniz Gezmiş, “Fethi” Fethullah Gülen , “Kasımpaşalı” Türkiyyənin hazırki Prezidenti Rəcəp Tayyip Ərdoğan, Nusret Çetinel, Mehmet Zahid Kotku Türkiyə Prezidentləri Abdulla Gül və Rəcəp Tayyib Ərdoğanın Şəki səfərləri maraq doğurmaya bilməzdi. Adışəkilən şəxslər öz ustadlarının ata yurdu Şəkini ziyarət etməyi özlərinə mənəvi borc bilmişlər.
Ərdoğan 2013-cü ildə Zahid Kotkunun məzarı üstündə ziyarət etdikdən sonra Quran oxuyub.

Səməd Vəkilov,
Tətqiqatçı, hüquqşünas
Baxış sayı: 770
Bölməyə aid digər xəbərlər
Tarix: 03-03-2021 00:15 | Bölmə: Digər
Türkiyə Cümhuriyyət quruculuğuna böyük dövlət adamları bəxş etmiş Azərbaycan türklərinin haqqında bu dəfə söhbət açacağımız şəxs XX əsrin ən böyük islam alimlərindən hesab olunur. Onu Türkiyənin ən böyük universiteti adlandırırlar. Hazırki Türkiyə Cümhuriyyətinin siyasi elitasının, o cümlədən Türkiyə prezidenti R.T.Ərdoğanın da ustadı sayılan Azərbaycan əsilli Nəqşibəndi şeyxi Məhəmməd Zahid Kotku kimdir?Türkiyə mənbələrində əsasən Qafqaz köçməni kimi yaddaşlara həkk olan Nəqşibəndi Şeyxi Məhəmməd Zahid əfəndi Azərbaycanın qədim mədəniyyət və ticarət mərkəzlərindən olan Şəki şəhərindən (1877-1878 Osmanlı-rus savaşından sonra) Türkiyəyə köç etmiş İbrahim Əfəndinin oğludur. Atası İbrahim Əfəndi Türkiyəyə köç edərkən 16 yaşı var idi. İbrahim Əfəndi Bursada, Həmzəbəy mədrəsəsində təhsil aldıqdan sonra müxtəlif məscidlərdə imamlıq etmişdir. Məhmməd Zahid 3 yaşında olarkən (1900-cu ildə) anası Sabirə xanım vəfat etmişdir. Bu səbəbdən atası İbrahim Əfəndi Dağıstandan Anadoluya köçmüş Fatma xanımla evlənmişdir. Atası İbrahim Əfəndi 1929-cu ildə 76 yaşında vəfat etmişdir. Məhmməd Zahidin böyük qardaşı Əhməd Şakir, Qüdsdə və Çanaqqalada döyüşlərə qatılmış və 28 yaşında vəfat etmişdir. Özündən balaca qardaşı isə bir neçə aylıq uşaq ikən dünyasını dəyişmişdir.